Məhkəmə qərarları › İş №8(042)-35/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-35/2022

21.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-35/2022 21.02.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-113/2021 saylı, 19.02.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən əmlak üzərinə həbs qoyulması, saxlanması və həmin əmlakın açıq hərracdan satılması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 2(042)-113/2021 saylı, 19.02.2021-ci il tarixli, icra sənədi üzrə borclunun əmlak üzərinə həbs qoyulması, saxlanması və həmin əmlakın açıq hərracdan satılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 113/2021 saylı, 19.02.2021-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 160 manat alınaraq, X3 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması zamanı məlum olmuşdur ki, onun 0.03 ha torpaq sahəsi vardır. Ona görə də icra məmuru borc tələbinin həmin torpaq sahəsinə yönəldilməsi üçün onun üzərinə həbs qoyulması, saxlanması və satılması barədə məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasına ərizə göndərərək, bildirmişdir ki, üzərinə həbs qoyulması tələb olunan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini 2018-ci il tarixdə X1. Ona görə də təqdimatın təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş edir. İş materiallarında olan Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ sahəsi, 2081 saylı bağ sahəsinin bir hissəsi, yəni, 0.04 ha hissəsi Borclu məxsusdur. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Lahiş bağ sahəsi, 2081 saylı bağ sahəsinin bir hissəsi, yəni, 0.04 ha hissəsi Borclu məxsusdur. Həmin torpaq sahəsi üzərində digər mülkiyyətçilərin mülkiyyət hüquqları var Həmin torpaq sahəsinə həbs qoyulması digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Ona görə də təqdimat təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar