Məhkəmə qərarları › İş №8(042)-35/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-35/2023

14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-35/2023 14.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-780/2022 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-780/2022 saylı icra sənədi üzrə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-780/2022 saylı icra sənədinə əsasən, xx.xx.1973-cü ildə tarixdə anadan olmuş və Gədəbəy şəhəri, D.Əliyeva küçəsi 89 ünvanında qeydiyyatda olan Borclu 55255 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 xeyrinə ödənilsin. Qeyd olunanan icra sənədi xx.xx.2022-ci il tarixində Gədəbəy Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələb könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələbi könüllü təmin etmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Gədəbəy Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən məhkəmənin icra sənədində göstərilən tələblərin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara gedərək məhkəmə qətnaməsinin icrasından yayınmasının qarşısının alınması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasənə, məhkəmə qərarları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədi üzrə Borclu icra sənədinin icra olunması üçün üzərinə düşən hərəkətləri yerinə yetirmir, borcunu ödəmir. Ona görə də təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququna məhdudiyyət qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1973-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar