Məhkəmə qərarları › İş №8(042)-36/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-36/2023

15.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-36/2023 15.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsi Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Borclu iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1578/2016 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1578/2016 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 2(042)-1578/2016 saylı icra sənədinə əsasən, X1 və Borclu müştrək qaydada 1820 manat alınaraq, "xxxx" ASC-ə verilməlidir. İcra sənədi Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlanılmışdır. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. O, borcundan hazırki tarixədək heç bir məbləğ ödəməmişdir. Borclu dəfələrlə qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy rayon icra Şöbəsinə dəvət edilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən Gədəbəy rayon İcra Şöbəsinə gəlməkdən və borcunu ödəməkdən imtina etmişdir. Odur ki, icra məmuru Səbuhi Hüseynov borclunun Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasına gələrək bildirdi ki, o, məhkəmə qərarının icrası üçün könüllü şəkildə Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Ona görə də onun İcra Şöbəsinə məcburi gətirilməsinə ehtiyac yoxdur. Odur ki, o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Borclu məhkəmə iclasında iştirak etdiyindən onun Gədəbəy Rayon İcra Şöbəsinə məcburi gətirilməsi zərurəti aradan qalxmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, borclunun Gədəbəy rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar