Məhkəmə qərarları › İş №8(042)-37/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-37/2024

15.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-37/2024 15.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Borclu nümayəndəsi X3 iştirakı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-549/2022 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-549/2022 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(062)-549/2022 saylı icra sənədinə əsasən xx xxxx 1991-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş və hazırda Gədəbəy rayonun, Əmiraslanlı kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 150 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 03 may 2023-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Ona görə də, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu X3 nümayəndəsi X1 Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təq dimatına etiraz etmiş, izahat verərək, bildirmişdir ki, Tovuz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(042)-549/2022 saylı qətnaməsi ilə X5 ilə Borclu arasında nikah pozulmuş, azyaşlı uşağın anasının himayəsində saxlanılması və azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 150 manat sabil pul miqdarda aliment təyin edilmişdir. İcra sənədi 03 may 2023-cü il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. İcra sənədi icraya yönəldikdən sonra borclu hər ay aliment ödəmişdir. Borclu heç bir yerdə işləmir, heç bir qazancı və gəliri yoxdur. Buna baxmayaraq o, hər ay 200 manat aliment ödəyir. Çünki icra sənədi icra edilməsi üçün icra qurumuna gec, təxminən 1 il sonra göndərilmişdir. Aliment borcuna yığılmasına səbəb icra sənədinin icraya gec göndərilməsi olmuşdur. Ona görə də hər ay 150 manat aliment və 50 manat isə yığılmış borcundan ödəyir. İcra məmuru təqdimatında icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmalı olmasını qeyd etsə də, bunu əsaslandırmamışdır. Hesab edir ki, borclu icra sənədi üzrə hər ay ödənişlər edir. Ona görə də, təqdimatın təmin edilməməsini xahiş etdi. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasənə, məhkəmə qərarları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə iclasında Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas ola biləcək hallar müəyyən edilməmişdir. Ona görə də təqdimat təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 231, 263- 264, 267- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Təqdimat təmin ediməsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar