Məhkəmə qərarları › İş №8(042)-38/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-38/2022

10.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-38/2022 10.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və Borclu1 Fərhad oğlunun iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 18.09.2015-ci il tarixli, 2(041)-1266/2015 saylı icra sənədlərinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən əmlak üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 18.09.2015-ci il tarixli, 2(041)-1266/2015 saylı icra sənədi üzrə borclunun əmlak üzərinə həbs qoyulmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 18.09.2015-ci il tarixli, 2(041)-1266/2015 saylı icra sənədinə əsasən Borclu2 və Borclu1 Fərhad oğlundan müştərək qaydada 2524.54 manat alınaraq, Bank "xxxx" ASC-ə verilməlidir. İcra sənədi Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması zamanı məlum olmuşdur ki, Borclu1 Fərhad oğlunun adına borcun yönəldilə biləcəyi “VAZ 21074” minik markalı ** BH *** qeydiyyat nömrə nişanlı avtomobil vardır. Ona görə də icra məmuru borc tələbinin həmin avtomaşına yönəldilməsi üçün onun üzərinə həbs qoyulması haqqında məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu1 Fərhad oğlu izahat verərək, bildirmişdir ki, o, tələbkarla borcun hissə-hissə ödənilməsi barədə razılaşmışdır. Hər ay borcundan ödənişlər edir. Həmçinin təqdimatda qeyd edilmiş avtomobili satmışdır. Ona görə də təqdimatın təmin edilməməsi haqqında qərardad qəbul edilməsini xahiş edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin portalından çıxarışdan görünür ki, Borclu1 Fərhad oğlunun mülkiyyətində “VAZ 21074” minik markalı ** BH ***” qeydiyyat nömrə nişanlı avtomobil vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, tərəflər borcun hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Ona görə də təqdimat təmin edilməməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar