Məhkəmə qərarları › İş №8(042)-4/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-4/2024

18.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-4/2024 18.01.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirakı ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən əmlakın üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəməyə təqdimat verərək, icra sənədi üzrə Borclu1 ilə rəsmi nikahda olan, birgə nikah dövründə əldə olunmuş həyat yoldaşı X1 məxsus olan “Peugeot 307” minik markalı **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu1 14132 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar İsmayil oğlunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu1 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu1 ilə rəsmi nikahda olan, birkə nikah dövründə əldə olunmuş həyat yoldaşı Borclu2 məxsus olan “Peugeot 307” minik markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında təqdimatda göstərilənlərə oxşar izahat verdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimat vermiş şəxsi dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı icra sənədinə əsasən, Cavabdeh Borclu1 14000 manat məbləğində pul və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 14132 manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş Borclu2 haqqında məlumatlara dair şəxsi kartoçkadan görünür ki, Borclu2 adına “Peugeot 307” minik markalı **-SU-*** dövlət nömrə nişanlı avtomobil vardır. Təqdimata əlavə edilmiş Borclu1 haqqında məlumatlara dair şəxsi kartoçkadan görünür ki, Borclu2 Borclu1 həyat yoldaşıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı icra sənədinə əsasən, Cavabdeh Borclu1 14000 manat məbləğində pul və ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 14132 manat məbləğində pul alınıb iddiaçı Tələbkar verilməlidir. İcra məmuru məhkəməyə təqdimat verərək, Borclu1 arvadı Borclu2 məxsus olan “Peugeot 307” minik markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Borclu2 adına olan “Peugeot 307” minik markalı **-SU-*** dövlət nömrə nişanlı avtomobilin sonuncu ilə Borclu1 birgə nikah dövründə əldə edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də, həmin avtomobil onların birgə nikah dövründə əldə etdikləri əmlak olsa belə, həmin avtomobilə hər birinin ½ hissəyə mülkiyyət hüquqları yaranmış olur ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı icra sənədinin icrası ilə bağlı sözügedən avtomobilin üzərinə həbs qoyulacağı təqdirdə icra sənədi üzrə tərəf olmayan digər mülkiyyətçi Borclu2 qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnə bilər. Ona görə də, məhkəmə qeyd edilənlərə əsasən təqdimatın təmin edilməməsi qənaətinə gəlir. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-587/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimat əsassız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar