Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-4/2025 14.01.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi ilə tələbkar X2 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-733/18 saylı qətnaməsi ilə cavabdeh X3 istifadə hüququna 6000 manat pul ödəməklə xitam verilməsi qət edilmişdir.Həmin vaxt onun maddi-imkanı olmadığı üçün icra sənədinin geri qaytarılması barədə ərizə vermişdir.O, cavabdeh X4 çatası pulu düzətmiş və həmin pulu ödəmək niyyətindədir.Ona görə də Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında xitam qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Borcluya və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və İcra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. və 23.1.1-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Beləliklə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra sənədinə xitam verilmişdir. Tələbkar 08 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə verərək, cavabdehin pulunu ödəyəciyini bildirmiş, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra səndinin geri qaytarıması haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-4/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-4/2025
14.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver