Məhkəmə qərarları › İş №8(042)-41/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-41/2022

14.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-41/2022 14.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli, 2(042)-245/2020 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli, 2(042)-245/2020 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 06.03.2020-ci il tarixli, 2(042)-245/2020 saylı icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 60 manat aliment alınaraq, Əkbərova Sədayə sabir qızına verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu borcunu ödəməmiş, borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Borclu icra sənədi üzrə üzərinə düşən öhdəlikləri qərəzli şəkildə icra etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, təqdimat təmin edilməli, Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə Gədəbəy rayonunda doğulmuş və Gədəbəy rayonu, Qaradağ kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar