Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-43/2022 11.03.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirak ilə, Gədəbəy Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2(042)-373/2020 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair icra məmuru Səbuhi Hüseynovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2(042)-373/2020 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılır ki, Gədəbəy Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2(042)-373/2020 saylı icra sənədinə əsasən, Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək, saxlanması üçün cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi 18.06.2020-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Gədəbəy rayonu, Gərgər kəndində ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Odur ki, icra məmuru Səbuhi Hüseynov borclunun Gədəbəy rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəməyə qəbzlər təqdim edərək borclunun borcundan ödənişlər etdiyini bildirmişdir. Borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İşdə olan qəbzlərdən görünür ki, Borclu borcundan 650 manat məbləğində ödəniş etmişdir. Borclu borcundan ödənişlər etdiyindən, Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi zərurəti aradan qalxmışdır. Ona görə də məhkəmə hesab edir ki, borclunun Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2(042)-373/2020 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-43/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-43/2022
11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver