Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-44/2025 26.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə X2 Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(042)-26/2024 saylı qətnaməsi ilə X3 X4 məxsus olan, torpaq sahəsinin 0.73 ha torpaq sahəsinin zəbt etdiyi 0.48 ha hissəsindən çıxarılması qət edilmiş, icra sənədi Maraqlı şəxsnə göndərilmişdir. Borclu ilə razılığa gəldiyi üçün tələbkarın icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı ərzəsinə əsasən icra sənədi Gədəbəy Rayon Məhkəməsinə qaytarılmışdır.Borclu verdiyi sözə əməl etməmişdir. Ona görə də Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin qaytarıması haqqında qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Borcluya və Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və İcra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1. və 23.1.1-ci maddələrinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Beləliklə, Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi qaytarılmışdır. X6 məhkəməyə ərizə verərək, borclunun verdiyi sözə əməl etmədiyini bildirmiş, Maraqlı şəxs qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ona görə də şikayət təmin edilməli, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-44/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-44/2025
26.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver