Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-45/2024 17.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə X1nın Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, Tovuz Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli 2(062)-1949/2023 saylı qətnaməsi ilə X3 hər ay hər uşağa görə 175 manat, cəmi, 350 manat alimentin alınıb ona verilməsi qət edilmişdir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir.Borclu onu aldatmış və alimentdən imtina etdirmişdir. Borclu tələbkara aliment ödəmir. İcra məmuru tərəfindən ona xitam qərarı verilməmişdir. Bu səbəbdən də o, aliment ala bilmir. Ona görə də Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xitam haqqında qərarın ləğv edilməsini xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə aşağıdakı hallarda icraata xitam verilir. 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. Məcəllənin 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 24 avqust 2023-cü il tarixli icra sənədinə tələbkarın ərizəsinə əsasən xitam verilmişdir. Tələbkar 02 aprel 2024-cü il tarixdə məhkəməyə ərizə verərək, borclunun onu aldatdığını bildirmiş, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin qərarının ləğv edilərək, yenidən icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli və icra sənədi üzrə icraat davam etdirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-45/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-45/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver