Məhkəmə qərarları › İş №8(042)-46/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-46/2024

19.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-46/2024 19.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(042)-183/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-183/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Borclu Tofiq oğluna məxsus olan “VAZ-21099” minik markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(042)-489/2018 saylı icra sənədinə əsasən Borclu xx.xx.2006-cı il təvəllüdlü Ülviyyənin saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar verilməlidir. Borc borcluya məxsus “VAZ-21099” minik markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Bununla bağlı sözügedən avtomobilin üzərinə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-183/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuşdur. xx.xx.2006-cı il təvəllüdlü Ülviyyənin 18 yaşı tamam olmuş və icra vərəqəsi üzrə aliment tam ödənilərək icra sənədinin icraatına xx.xx.2024-cü il tarixli qərarla xitam verilmişdir. Bu səbəbdəndə həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiqdir.Ona görə də, təqdimatın təmin edilməsini xahiş edir. Təqdimat müəllifinə, tələbkarlara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarların, icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(042)-183/2023 saylı qərardadından görünür ki, Borclu Tofiq oğluna məxsus olan “VAZ-21099” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşdə olan 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(042)-489/2018 saylı icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(042)-183/2023 saylı qərardadı ilə Borclu məxsus olan “VAZ-21099” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Ona görə də təqdimat təmin edilməli, Borclu məxsus “VAZ-21099” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus olan “VAZ-21099” minik markalı, **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar