Məhkəmə qərarları › İş №8(042)-50/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-50/2023

07.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-50/2023 07.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X3 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirakları ilə, X2nun Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, e162743/2022-42-8 saylı icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Borclu X1 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X2 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, tələbkar X4 qanuni qüvvəyə minmiş qətnamə icra olunduqdan sonra icra həddini aşmış, özbaşınalıq etmiş, evin zirzəmisinin qapısını qıfıllamış və həyətyanı torpaq sahəsini tamamilə zəbt etmişdir. Ona görə də, icraata xitam verilmə qərarının ləğv edilməsini, icra icraatının təzələnməsini və tələbkara icra həddinin aşılmasının yolverilməzliyinin izah edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov izahat verərək bildirmişdir ki, borclunun tələbinə dair heç bir etirazı yoxdur. Məhkəmə borclunun və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, tələbkar X4 qanuni qüvvəyə minmiş qətnamə icra olunduqdan sonra icra həddini aşmış, evin zirzəmisinin qapısını qıfıllamış və həyətyanı torpaq sahəsini tamamilə zəbt etmişdir. Ona görə də şikayət təmin edilməli və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar