Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-50/2025 13.03.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi ilə tələbkar X1 Maraqlı şəxs1 xx.xx.2024-ci il tarixli icra sənədinin geri qayarlıması haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli icra sənədinin geri qayarlıması haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmişdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(042)-114/19 saylı qətnaməsi ilə 9000 ABŞ dolları pul vəsaiti borcludan alınaraq, ona verilməlidir. Hazırda borclu Maraqlı şəxs2 9000 ABŞ dollarını ödəməkdən boyun qacırır.Ona görə də Maraqlı şəxs1 xx.xx.2024-cil tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini xahiş edir. Maraqlı şəxs1 icra məmuru X3 izahat verərək, bildirmişdir ki, borclunun heç biq gəliri və qazancı yoxdur. Ona görə də icra sənədi icra edilmədən qaytarılmışdır. Borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və İcra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məcəllənin 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məcəllənin 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, Maraqlı şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə icra sənədi geri qaytarılmışdır.Tələbkar 03 mart 2025-ci il tarixdə məhkəməyə ərizə verərək, Maraqlı şəxs1 qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini xahiş etmişdir. Ona görə də şikayət təmin edilməli, Maraqlı şəxs1 xx.xx.2024 -cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli geri qaytarılma haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-50/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-50/2025
13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver