Məhkəmə qərarları › İş №8(042)-51/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-51/2023

10.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-51/2023 10.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-62/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən daşınmaz əmlak üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-62/2023 saylı icra sənədi üzrə borclunun əmlak üzərinə həbs qoyulmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu 22 qram, dəyəri 1650 manat olan dəstə daxil olan üzük, sırğalar, boyunbağı, bilərzik, bir ədəd çəkisi 9.5 qram, dəyəri 712 manat olan boyunbağı, bir ədəd çəkisi 5.3 qram, dəyəri 371 manat olan üzük, bir ədəd çəkisi 4 qram, dəyəri 300 manat olan üzük, bir ədəd çəkisi 8 qram, dəyəri 560 manat olan qaşlı üzük və ya onların cəmi, dəyəri olan 3593 manat alınaraq tələbkar X2 verilsin. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan JN 0083 KOD 50519018 torpaq sahəsi müəyyən edilmişdir. Ona görə də icra məmuru borc tələbinin borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi haqqında məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat müəllifinə tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan dövlət aktında olan JN 0083 KOD 50519018 çıxarışdan görünür ki, Borclu mülkiyyətində Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində torpaq sahəsi vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Borclu mülkiyyətində Gədəbəy rayonu,Kiçik Qaramurad kəndində 0.98 ha torpaq sahəsi vardır. Borclu üzərinə düşən öhdəlikləri icra etmir. Ona görə də təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan Gədəbəy rayonu,Kiçik Qaramurad kəndində 0.98 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-62/2023 tarixli icra sənədinin icrası ilə əlaqədar tələb borc məbləği həddində Borclu mülkiyyətində olan Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində 0.98 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar