Məhkəmə qərarları › İş №8(042)-56/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-56/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-56/2024 13.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-653/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(042)-653/2022 saylı icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-653/2022 saylı icra sənədinə əsasən Borclu 330 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Borclu icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilmişdir. Lakin borclu icra sənədinə əməl etməmiş, borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilməsinə baxmayaraq o, heç bir üzrlü səbəb göstərmədən gəlməkdən boyun qaçırmışdır. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Borclu icra sənədi üzrə üzərinə düşən öhdəlikləri qərəzli şəkildə icra etmir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, təqdimat təmin edilməli, Borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1980-ci ildə Gədəbəy rayonunda doğulmuş və hazırda Gədəbəy rayonu, Pərizamanlı kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar