Məhkəmə qərarları › İş №8(042)-57/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-57/2022

22.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-57/2022 22.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, Orucov Anar Möhübbət oğlunun katibliyi, ərizə vermiş şəxs X5, X10 və X7 nümayəndəsi X3 iştirakları ilə, X1 Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(042)924/2021 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(042)924/2021 saylı qətnaməsinə, izah verilməsinə dair məsələyə baxılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(042)924/2021 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, X14 tərəfindən valideynləri X19 və X9 tərəfindən miras qoyulmuş əmlakı qəbul etməsi faktının müəyyən edilməsi, X7, X19 və X4 miras qalmış əmlakda 1/6 hissədə məcburi payı müəyyən edilməsi qət edilmişdir. X2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, X19 və anası X9 ilə birgə nikahlarından X14, X8, X11, X15 və X20 doğulmuşdur. X12 və X15 vəfat etmişdir. Valideynləri Gədəbəy rayonu, Qumlu kəndində yaşamış, onların həmin ərazidə 2 otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi və 0.18 ha həyətyanı torpaq sahəsi olmuşdur. Torpaq sahəsi Gədəbəy rayon Aqrar İsalahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə JN-124A KOD 50501004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" tərtib edilmişdir. Onların vəfatından sonra Gədəbəy rayonu, Qumlu kəndində yerləşən 2 otaqdan ibarət birmərtəbəli fərdi yaşayış evi və 0.18 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Bu barədə məhkəmə qətnaməsi qəbul edilmiş, həmin qətnamə icraya yönəldilmişdir. Lakin icra mərhələsində mübahisə yaranmışdır. Ona görə də qətnaməyə izah verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, qətnaməyə izah verilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1, 230.3-cü maddələrinin tələblərinə görə, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Qətnamə icra edilməmişsə və məhkəmənin məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(042)924/2021 saylı qətnaməsinə izah verilməli, Gədəbəy rayon Aqrar İsalahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə JN-124A KOD 50501004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən verilmiş 0.22 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras əmlakı hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 230, 263-269cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli, 2(042)924/2021 saylı qətnaməsinə izah verilsin. Gədəbəy rayon Aqrar İsalahat Komissiyasının 28.08.1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X13 və X6 ümumi birgə mülkiyyətinə verilmiş, bu barədə JN-124A KOD 50501004 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"yə əsasən verilmiş 0.22 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi miras əmlakı hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar