Məhkəmə qərarları › İş №8(042)-57/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-57/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-57/2024 13.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-456/2022 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi və icraata xitam verilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-456/2022 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbulu edilməsi və icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2(042)-456/2022 saylı icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment və 100 manat rüsum haqqı tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi 14 iyun 2022-ci il tarixdə icraata qəbul edilmişdir. Borclu barəsində məcburi icra tədbirləri görülərkən Tələbkar Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə ərizə göndərmiş və hazırki tarixədək aliment borcunu tam ödənildiyini və borclu ilə barışdığını bildirmişdir. Eyni zamanda aliment işi üzrə bundan sonra gələcəkdə də tələbdən imtina etdiyini bildirərək, icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə və “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.1-ci maddəsini rəhbər tutaraq Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-456/2022 saylı icra sənədi üzrə Tələbkar tələbdən imtinasının qəbul edilməsi və icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MMPM-nin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Tələbkar notarial qaydada təsdiq edilmiş ərizə verərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-456/2022 saylı icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.1-ci maddəsinə əsasən, İcra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. Beləliklə, Tələbkar notarial qaydada təsdiq edilmiş ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-456/2022 saylı icra sənədi üzrə tələbdən imtina etdiyi bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ona görə də təqdimat təmin edilməli Gədəbəy Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 456/2022 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilməli və icra sənədi üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-456/2022 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinası qəbul edilsin və icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar