Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-58/2022 26.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, X5 Meşə X2 Rayon İcra və Probasiya Şöbəsinin 18.02.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 X6 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 18.02.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X5 X6 şikayətini onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən X3 dövlət meşəsinə vurulmuş maddi ziyanın əvəzi 968.37 manat alınaraq, Şəmkir Regional X6nə verilməlidir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 18.02.2022-ci il tarixli qərarına əsasən icra sənədi geri qatarılmış, hazırki tarixədək həmin icra sənədi icra edilməmişdir. Ona görə də, şikayətin təmin edilməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən X3 dövlət meşəsinə vurulmuş maddi ziyanın əvəzi 968.37 manat alınaraq, Şəmkir Regional X6nə verilməlidir. O, həmin icra sənədi üzrə bütün məcburi icra tədbirlərini həyata keçirmiş, sonuncu olaraq akt tərtib edilmiş və borclunun əmlakının olmaması müəyyən edilmiş və icra etmiş və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 18.02.2022-ci il tarixli qərarı ilə icra sənədi geri qaytarılmışdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Beləliklə, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən X3 dövlət meşəsinə vurulmuş maddi ziyanın əvəzi 968.37 manat alınaraq, Şəmkir Regional X6nə verilməlidir. İcra məmuru həmin icra sənədi üzrə bütün məcburi icra tədbirlərini həyata keçirmiş, sonuncu olaraq akt tərtib edilmiş və borclunun əmlakının olmaması müəyyən edilmiş və icra etmiş və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 18.02.2022-ci il tarixli qərarı ilə icra sənədi geri qaytarılmışdır. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-58/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-58/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver