Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-59/2023 27.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Tələbkar və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-59/2023 saylı qərardadından Tələbkar şikayətinə və iş materiallarına yazılı icraat qaydadında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov təqdimatla Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 2(042)-814/2022 saylı qətnaməsinin icrası ilə əlaqədar Borclu məxsus “KAMAZ 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili Tələbkar adına rəsmiləşdirilməsini xahiş etmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimata uyğun izahat verərək bildirmişdir ki, Borclu məxsus olan “KAMAZ 5320 yük” markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Gədəbəy Rayon Məhkəməsinin 8(042)-238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarla borclunun avtomobilinə həbs qoyulmuşdur. Bundan sonra yük avtomobili qiymətləndirici tərəfindən qiymətləndirilmişdir.Borcun ödənilməsi üçün yük avtomobili tələbkara təklif olunmuş və tələbkar həmin təklifi qəbul etmişdir. Daha sonra Gədəbəy Rayon Məhkəməsinin 8(042)-59/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərardadı ilə əmlakın tələbkarın adına rəsmilləşdirməsi barədə təqdimat təmin edilməmiş, qərardaddan Tələbkar şikayət vermiş və həmin şikayət əsassız hesab edilərək Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.Gəncə Apellyasiya Məhkəməsi Gədəbəy Rayon Məhkəməsinin 8(042)-59/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı Gədəbəy Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 8(042)-59/2023 saylı, 31 may 2023-cü il tarixli qərardadı qismən təmin edilərək, yenidən baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 8(042)-238/2022 saylı, 29 dekabr 2022-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “KAMAZ5320 YÜK” MARKALİ avtomobilinin üzərinə həbs qoyulmuşdur. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 8(042)-59/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərardadından görünür ki, əmlakın tələbkarın adına rəsmilləşdirməsi barədə X2 təqdimatı təmin edilməmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 8(042)-59/2023 saylı, 31 may 2023-cü il tarixli qərardadından görünür ki, Tələbkar 8(042)-59/2023 saylı, 26 aprel 2023-cü il tarixli qərardadın şikayət etmiş və həmin şikayət əsassız hesab edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 8(104)-89/2023 saylı qərardadından görünür ki, Tələbkar şikayəti qismən təmin edilmiş və yenidən baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Beləliklə, icra vərəqəsinin icrasının təmin edilməsi məqsədilə təqdimat təmin edilməli, Borclu məxsus “KAMAZ 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobili Tələbkar adına rəsmiləşdirilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Təqdimat təmin edilsin. Borclu məxsus “KAMAZ 5320” yük markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil Tələbkar adına rəsmiləşdirilsin. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-59/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-59/2023
27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver