Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-61/2022 27.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2015-ci il tarixli, 2(041)-653/2015 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbuluna dair icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 rayon Məhkəməsinin 09 iyul 2015-ci il tarixli, 2(041)-653/2015 saylı icra sənədi üzrə üzrə tələbkarın tələbdən imtinasının qəbuluna dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 09.07.2015-ci il tarixli. 2(041)-653/2015 saylı icra sənədinə əsasən Borclu Dünyamalı oğlundan 15.05.2015-ci il tarixindən başlayaraq 20.07.2008-ci il təvəllüdlü Gülçinin və 28.05.2010-cu il təvəllüdlü Muradın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi 21.08.2015-ci il tarixdə icraata qəbul olunmuşdur. Tələb könüllü icra edilmədiyi üçün borclu barəsində müxtəlif məcburi icra tədbirləri tətbiq edilmiş və hazırda həmin tədbirlər qüvvədədir. Borclu Dünyamalı oğlu barəsində yenidən məcburi tədbirlər tətbiq edilərkən Tələbkar Gədəbəy rayon İcra və Probasiya şöbəsinə 22.02.2022-ci il tarixli rəsmi ərizə ilə müraciət edərək bu icra sənədi üzrə aliment tələbindən imtina etdiyini və borclu barəsində bütün məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar tələbdən imtina etməsinə baxmayaraq bu icra məmuruna İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbir görülməsi imkanı yaratmır. Təqdimat müəllifinə, borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2015-ci il tarixli, 2(041)-653/2015 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbuluna dair təqdimatı əsassız olduğundan rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tural İsmayılovun 23.02.2022-ci il tarixli, qərarının surətindən görünür ki, tələbkarın tələbdən imtinasını əsas götürülərək Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2015-ci il tarixli, 2(041)-653/2015 saylı icra sənədinə xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, tələbkarın tələbdən imtinasını əsas götürülərək Gədəbəy rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Tural İsmayılov tərəfindən Gədəbəy rayon Məhkəməsinin 09 iyul 2015-ci il tarixli, 2(041)-653/2015 saylı icra sənədinə xitam verildiyindən, həmin icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsinə zərurət qalmamışdır. Eləcə də, icra sənədinin icraatına xitam verildikdən sonra icra icraatı zamanı tələbdən imtina qüvvəsini itirir. Ona görə də məhkəmə hesab edir ki, borclunun Gədəbəy rayon İcra və Probasiya şöbəsinə tələbkarın tələbdən imtinasının qəbulu barədə icra məmurunun təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Məhkəməsinin 09 iyul 2015-ci il tarixli, 2(041)-653/2015 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbuluna dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-61/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-61/2022
27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver