Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-61/2024 22.11.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X13 Kazımovun sədrliyi, X5 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-111/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-111/2024 saylı qətnaməsinə əsasən, Borclu 3374 manat borc və ödənilmiş dövlət rüsumunun iddia tələbininin təmin edilmiş hissəsinə uyğun məbləği olan 50 manat, cəmi, 3424 manat alınaraq, Tələbkar verilməlidir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(042)-111/2024 saylı icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-61/2024 saylı qərardadına əsasən, təqdimatin təmin edilməsi, Borclu mülkiyyətində olan Gədəbəy rayonunun, Moruxlu kəndində yerləşən torpaq sahələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət verərək, Gədəbəy rayon Məhkəməsinin 8(042)- 61/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(042)-61/2024 saylı qərardadı ilə, şikayətin qismən təmin edilməsi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(042)-61/2024 saylı qərardadının ləğv edilməsi və Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun təqimatına yenidən baxılması 22 noyabr 2024-cü il tarixə, saat 10:15-ə təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-111/2024 saylı icra vərəqəsindən görünür ki, Borclu 3374 manat borc və ödənilmiş dövlət rüsumunun iddia tələbininin təmin edilmiş hissəsinə uyğun məbləği olan 50 manat, cəmi, 3424 manat alınaraq, Tələbkar verilməlidir. Təqdimata əlavə edilmiş Çıxarışdan görünür ki, Gədəbəy rayonun, Moruxlu kəndində yerləşən **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.6294 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X7, X8, Borclu, X3, X12 və X4 ümumi birgə mülkiyyətindədir. Təqdimata əlavə edilmiş Çıxarışdan görünür ki, Gədəbəy rayonun, Moruxlu kəndində yerləşən **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.1597 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X7, X8, Borclu, X3, X12 və X4 ümumi birgə mülkiyyətindədir. Təqdimata əlavə edilmiş Çıxarışdan görünür ki, Gədəbəy rayonun, Moruxlu kəndində yerləşən **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 0.4541 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X7, X8, Borclu, X3, X12 və X4 ümumi birgə mülkiyyətindədir. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan aydın olur ki, Üzərinə həbs qoyulması qərara alınmış torpaq sahələri kənd təsərrüfatı təyinatlı olmaqla ümumi birgə mülkiyyətdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 4-cü bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericilik 1 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsini qadağan edir. Belə olan halda üzərinə həbs qoyulması xahiş edilən torpaq sahəsində borclunun nə qədər payı olduğunu, həmin payın borclunun mülkiyyətində olsa belə, onun 1 hektardan artıq olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Eləcə də həmin torpaq sahəsinə həbs qoyulması borclunun digər ailə üzvlərinin də hüquqlarının pozulmasına səbəb ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-111/2024 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-111/2024 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-61/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-61/2024
22.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver