Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-62/2022 27.04.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Gədəbəy rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 8(042)-209/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “Subaru Forester minik” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən “Subaru Forester minik” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimat Gədəbəy rayon Məhkəməsinə daxil olmuşdur. Təqdimat üzrə işin hallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 1043/2017 saylı, 23.06.2017-ci il tarixli icra sənədinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1043/2017 saylı, 23.06.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 549 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası məqsədi ilə təqdimata əsasən Gədəbəy Rayon Məhkəməsinin 26.11.2021 -ci il tarixli, 8(042)-209/2021 saylı qərardadına əsasən Borclu məxsus **-BU- *** dövlət qeydiyyat nömrə nişanlı, “Subaru Forester” minik markalı avtomobil üzərinə həbs qoyulmuşdur. İcra təbdirləri nəticəsində borc tam olaraq ödənilmişdir. Bu barədə tələbkar təşkilat 23.02.2022-ci il tarixli, 7155 saylı ərizə ilə müraciət edərək borcun tam olaraq ödənildiyini və icraata xitam verilməsini xahiş etmişdir. Borcun ödənilməsinə baxmayaraq avtomobil üzərindən həbs götürülməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla və tərəflərin izahatları ilə müəyyən edildi ki, borclu hazırkı tarixədək tələbkara olan borcunu tam olaraq ödəmişdir. Göründüyü kimi, borclu hazırkı tarixədək tələbkara olan borcunu tam olaraq ödədiyindən borcluya məxsus “Subaru Forester minik” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 26.11.2021-ci il tarixli, 8(042)-209/2021 saylı qərardadı ilə Borclu məxsus “Subaru Forester minik” markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə və DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-62/2022
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-62/2022
27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver