Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-62/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X11 Kazımovun sədrliyi X5 oğlunun katibliyi Borclu X1 və Tələbkar iştirakları ilə, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə əsasən, ilk iddia tələbinin təmin edilməsi, ilk iddia tələbi üzrə cavabdeh X1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi, X1 Tələbkar məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunması, cavabdeh X1 iddiaçı Tələbkar qarşı “evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi qət edilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəməyə ərizə verərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-466/2023-007 nömrəli, xx.xx.2023-cu il tarixli qərarı ilə bağlı icra sənədinin icrasın təmin etmək məqsədi ilə Gədəbəy rayonu Arıqıran kəndində yerləşən evdən kompensasiya ödənilməklə borclu X3 uşaqları ilə birlikdə çıxarılıb-çıxarılmamasına aydınlıq gətirliməsinə izah verilməsini xahiş etmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov təqdimatını onunla əsaslandırmışdır ki, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 466/2023-007 nömrəli, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən ilk iddia tələbi üzrə cavabdeh X1 Gədəbəy rayonunur Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyai alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindər və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yedd min) manat kompensasiya ödənilməklə xitam verilməli, X1 Tələbkar məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunmalıdır. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-466/2023-007 nömrəli, xx.xx.2023-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixli qərarla icraata başlanılmışdır. Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən iş üzrə borclu X2 tələbi könüllü icra etməsi üçün bildiriş verilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixdə qeyd olunan ünvanda olunaraq tərəflərə icra vərəqəsi elan olunmuş və 7000 manat borcluya təqdim olunması bildirilsə də borclu məhkəmə qərarı ilə razlaşmamış və bildirmişdir ki həmin qərar üzrə uşaqlar qeyd olunan evdən çıxmalı deyil. Bu səbəbdən icra hərəkəti baş tutmamışdır. Borclu X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, məhkəmə qətnaməsində onun fərdi yaşayış evindən çıxarılması qeyd edilmiş, uşaqlarının həmin evdən çıxarılması isə qeyd edilməmişdir. 10 noyabr 2005-ci il təvəllüdlü X8 və 09 iyun 2018-ci il təvəllüdlü X10 adında iki övladı vardır. Övladlarından Gözəl tələbədir. Uğurun isə 6 yaşı var. Həmçinin çıxarışda fərdi yaşayış evinin sahəsi 145 kv.m qeyd edilsə də, faktiki sahəsi 200 kv.m-dən çoxdur. Tələbkar məhkəmə iclasında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 7000 manat məbləğində kompensasiyanı ödəmişdir. Lakin borclu onun evindən çıxmır. O, borclunun və övladlarının ona məxsus evdən çıxarılmasını xahiş edir. İcra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 230.4-cü maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişərsə və yeni qətnmə çıxarılarsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə qətnməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Məhkəmə müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə əsasən, ilk iddia tələbi üzrə cavabdeh X1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməli, X1 Tələbkar məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi ona kompensasiyanın verilməsi ilə eyni vaxtda icra olunmalıdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəməyə ərizə verərək Gədəbəy rayonu Arıqıran kəndində yerləşən evdən kompensasiya ödənilməklə borclu X3 uşaqları ilə birlikdə çıxarılıb-çıxarılmamasına aydınlıq gətirliməsinə izah verilməsini xahiş etmişdir. Bu hal qətnamənin icrasına çətinlik yaratdığından məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə izah verilməlidir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-71/2024 saylı qətnaməsinə əsasən, 10 noyabr 2005-ci il təvəllüdlü X4 və 09 iyun 2018-ci il təvəllüdlü X6 anaları X1 yanında saxlanılması qət edilmiş və uşaqlar faktiki olaraq da anası X1 himayəsində yaşamışdır. X1 Tələbkar məxsus evə və torpaq sahəsinə olan istifadə hüququna xitam verilməsi barədə xx.xx.2023-cü məhkəmə qətnaməsi qəbul edilən zaman uşaqların heç biri yetkinlik yaşına çatmamış və anaları X1 himayəsində olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə, cavabdeh X1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi anlayışına X1 xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi kimi izah verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-466/2023 saylı qətnaməsinə, cavabdeh X1 Gədəbəy rayonunun Arıqıran kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmış, ********** qeydiyyat nömrəli, **********96-10301 reyestr nömrəli çıxarışa əsasən ilk iddia tələbi üzrə iddiaçı Tələbkar mülkiyyətində olan, 0.2769 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 145.70 kv.m fərdi yaşayış evindən istifadə hüququna 7000 (yeddi min) manat kompensasiya ödənilməklə xitam verilməsi anlayışına X1 xx.xx.2023-cü il tarixə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə istifadə hüququna xitam verilməsi kimi izah verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-62/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-62/2024
29.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver