Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-64/2023 28.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi, hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-490/2022-006 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-490/2022-006 saylı icra sənədi üzrə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(042)-490/2022-006 saylı icra sənədinə əsasən, xx.xx.1991-ci ildə anadan olmuş və Gədəbəy rayonun, Böyük Qaramurad kəndində qeydiyyatda olan və yaşayan Borclu oğlundan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Lakin borclu borcu könüllü ödəməkdən boyun qaçırmışdır. Borclunun əmlak vəziyyəti yoxlanılmış və onda tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Gədəbəy Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən məhkəmənin icra sənədində göstərilən tələblərin təmin edilməsi və borclunun Azərbaycan Respublikasının hüdudlarından kənara gedərək məhkəmə qətnaməsinin icrasından yayınmasının qarşısının alınması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiq hesab edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasənə, məhkəmə qərarları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədi üzrə Borclu oğlu icra sənədinin icra olunması üçün üzərinə düşən hərəkətləri yerinə yetirmir, borcunu ödəmir. Ona görə də təqdimat təmin edilməli, Borclu oğlunun ölkədən getmək hüququna məhdudiyyət qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. xx.xx.1991-cı ildə Saratov Vilayətində doğulmuş və Gədəbəy rayonu, Böyük Qaramurad kəndində qeydiyyatda olan və yaşayan Borclu oğlunın ölkədən getmək hüququ müvəqqəti – məhkəmə qərarı icra olunanadək məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-64/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-64/2023
28.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver