Məhkəmə qərarları › İş №8(042)-68/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-68/2022

13.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-68/2022 13.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, borclu X3 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, X1nun Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 25.02.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 25.02.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 232/2021 saylı qətnaməsi ilə 26.08.2013-cti il doğum tarixli X8 və 17.10.2014-cü il doğum tarixli X9 ilə şənbə və ya bazar günü saat 10.00-dan saat 19.00dək, eləcə də bayram günlərindən birində saat 10.00-dan saat 19.00-dək görüşmək hüququ təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Gədəbəy rayon icra və probasiya şöbəsinə icra sənədi verilmişdir. Lakin icra məmuru heç bir əsas olmadan 25.02.2022-ci il tarixdə "İcra haqqında” qanunun 70.4cü maddəsinə istinad edərək icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Lakin bundan sonra azyaşlı uşaqları ilə görüşə bilməmişdir. Ona görə də, şikayətin təmin edilməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında izahat verərək, şikayətin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında borclu X10 şikayətin təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə borclunun və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatını və təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Beləliklə, Gədəbəy rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 232/2021 saylı qətnaməsi ilə mənim 26.08.2013-ci il tarixdə doğulmuş X8 və 17.10.2014-cü il tarixdə doğulmuş X9 ilə şənbə və ya bazar günü saat 10.00-dan saat 19.00-dək, eləcə də bayram günlərindən birində saat 10.00-dan saat 19.00-dək görüşmək hüququm təmin edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Gədəbəy rayon icra və probasiya şöbəsinə icra sənədi verilmişdir. Lakin icra məmuru 25.02.2022-ci il tarixdə "İcra haqqında” qanunun 70.4-cü maddəsinə istinad edərək icra sənədinin geri qaytarılması haqqında qərar qəbul etmişdir. Tələbkar bundan sonra azyaşlı uşaqları ilə görüşə bilməmişdir. Məhkəmə iclasında borclu şikayətin təmin edilməsinə etiraz etməmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 25.02.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərardadı ləğv edilməli və icra sənədi üzrə icra işləri davam etdirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 25.02.2022-ci il tarixli icra sənədinin geri qaytarılması haqqında qərardadı ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədi üzrə icra işləri davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar