Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-70/2024 30.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-209/2023 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş “Toyota Prius (Hibrid) minik” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə Gədəbəy rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən “Toyota Prius (Hibrid) minik” markalı, **-BH-*** dövlət dövlət nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə təqdimat Gədəbəy rayon Məhkəməsinə daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 2(042)-650/23 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə Borclu 4000 manat dəyərində 750 əyyarlı cəmi çəkisi 40 qram çəkidə 3.7 karat brilyant qaşlı üzük, sırğa, klonlu boyunbağı, bilərzikdən ibarət qızıl dəsti, 500 manat dəyərində 3.6 qram çəkidə 0.44 sot brilyant qaşlı nişan üzüyü, 300 manat dəyərində 585 əyyarlı 4.5 qram çəkidə buta formalı üzük və 2.8 qram çəkidə 200 manat dəyərində 585 əyyarlı üzükdən ibarət qızılzinət əşyaları, həmin əşyalardan hər hansı birinin naturada verilməsi mümkün olmadıqda onların dəyər qiyməti alınıb iddiaçı Tələbkar verilsin. Ödənilmiş 70 manat dövlət rüsumu cavabdeh Borclu alınaraq, iddiaçı Tələbkar verilməlidir. Bununla bağlı Borclu icra sənədində göstərilən tələbi yəni qızıl-ziynət əşyaları Borclu adına olan “Toyota prius (hibrid)” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönələrək Gədəbəy Rayon Məhkəməsi tərəfindən 8(042)- 209/2023 saylı xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək avtomobilin üzərnə həbs qoyulmuşdur. Tələbkar xx.xx.2024-cü il tarixdə Gədəbəy Rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək məhkəmə qərarında göstərilən tələb tam icra olunduğundan icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də həmin avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məqsədə müvafiqdir. Odur ki, borclu “Toyota prius (hibrid)” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərindən həbsin götürülməsinə məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, təqdimati və əlavə olunmuş sənədləri, habelə toplanmış icra iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla müəyyən edildi ki, tələbkar Gədəbəy rayon İcra və Probasiya şöbəsinə ərizə verərək bildirmişdir ki, aralarında olan razılığa əsasən, ona olan 906 manat borcundan borclunun anası tərəfindən ona 366 manat verilmiş, borclu qalan 540 manat borcun isə 2024-cü ilin may ayının sonunadək verəcəyinə söz vermişdir. O, qalan 540 manat borcun ödənildikdən sonra borclunun barəsində bütün məcburi icra tədbirlərinin ləğv edilməsini, maşının üzərindən həbsin götürülməsini və icra sənədinə xitam verilməsini xahiş etmişdir. İşdə olan qəbzin surətindən görünür ki, borclu icra sənədi üzrə qalan borcunu da ödəmişdir. Göründüyü kimi, icra sənədi icra olunduğundan Borclu məxsus olan “Toyota Prius (Hibrid) minik” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zərurəti yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-209/2023 saylı qərardadı ilə Borclu məxsus olan “Toyota Prius (Hibrid) minik” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə və DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-70/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-70/2024
30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver