Məhkəmə qərarları › İş №8(042)-71/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-71/2022

04.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-71/2022 04.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli, 2(041)-1615/2015 saylı icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli, 2(041)-1615/2015 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli, 2(041)-1615/2015 saylı icra sənədinə əsasən Borclu, X2 və X1 müştərək qaydada 5146.13 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" BTB ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi 09.03.2017-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Gədəbəy rayonu, Düzrəsullu kəndində yerləşən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Odur ki, icra məmuru Tural İsmayılov borclunun Gədəbəy rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat müəllifinə, borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin 10.12.2015-ci il tarixli, 2(041)-1615/2015 saylı icra sənədinə əsasən Musayev X5 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı : Təqdimat təmin edilsin. xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş və Gədəbəy rayonu, Düzrəsullu kəndində qeydiyyatda olmaqla yaşayan Borclu məcburi qaydada Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar