Məhkəmə qərarları › İş №8(042)-73/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-73/2024

30.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-73/2024 30.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun iştirakı ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-335/2024 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair icra məmuru Tural İsmayılovun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-335/2024 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair təqdimat ilə məhkəməyə müraciət etmişdir. Təqdimata Azərbaycan Respublikası MPM-in 231-ci maddəsinə müvafiq qaydada baxılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)- 335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 2 uşağın saxlanılması üçün 400 manat aliment tutularaq, tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərarın surəti, bildirişlə ona borclunun ünvanına göndərilmiş, icra sənədində olan tələbi könüllü olaraq həyata keçirmək üçün 10 gün müddət təklif edilmişdir. Lakin könüllü icra müddətində icra sənədi üzrə tələb borclu tərəfindən təmin edilməmişdir.Tədbirlər çərçivəsində məlum olmuşdur ki, Borclu alkoqolizm xəstəliyindən əziyyət çəkir və o, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixindək ünvan 1 ünvanında yerləşən "X3" MMC-də müalicə almaq üçün reabilitasiya keçir. Odur ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icraatının dayandırılmasına dair qərardad verilməsi məsələsinə baxılmasını xahiş edir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov məhkəmə iclasında təqdimatda göstərilənlərə oxşar izahat verdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borcluya və tələbkara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından məlum olur ki, Borclu 23 mart 2024-cü il tarixdən 23 sentyabr 2024-cü il tarixədək Xətai rayonu, 2 saylı zeytun sovxozu, Zeytun küçəsi, ev 7B-də yerləşən “X3” MMC-də alkoqolizmdən müalicə olunmaq üçün reablitasiya keçir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.3-cü maddəsinə əsasən, borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 19.1.2-ci maddəsinə əsasən, Bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək dayandırılır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-335/2024 saylı icra sənədi üzrə icraat Borclu müalicə müəssisəsindən çıxanadək – 23 sentyabr 2024-cü il tarixədək dayandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Təqdimat təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-335/2024 saylı icra sənədi üzrə icraat Borclu müalicə müəssisəsindən çıxanadək – 23 sentyabr 2024-cü il tarixədək dayandırılsın. Qərardadın icrası Gədəbəy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar