Məhkəmə qərarları › İş №8(042)-74/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-74/2023

27.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-74/2023 27.07.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ X10 Kazımovun sədrliyi, X6 oğlunun katibliyi, Ərizə vermiş şəxs X2 iştirakı ilə, X2 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında X7, X3, X1, X5, X8 ümumi paylı mülkiyyətində olan, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində istifadədə olan 0.03312 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 271.0 kv.m olan əmlak kompleksi kimi müəssisədən iddiaçılar X1, X7 və X3 hər birinin 1/6, ümumilikdə 3/6 hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli, 6015 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə şərti adlandırılmış "A1" və "A2" hissələrində giriş-çıxış müəyyən edilməklə naturada bölünərək ayrılması qət edilmişdir. X9 məhkəməyə ərizə verərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinin izah edilməsini və Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində 0.03312 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 271 kv.m olan əmlak kompleksinin, yoxsa həmin əmlak kompleksi ilə yanaşı ekspert rəyində müəyyən edilən şərti xətt üzrə həm də həmin əmlak kompleksi ətrafında - hasar daxilində olan dövlət mülkiyyatinə aid 0,15 ha topaq sahəsinin naturada bölünməli olması məsələsinə aydınlıq gətirməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-74/2023 saylı qərardadına əsasən, X2 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)- 2/2020 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinin təmin edilməməsi qərar alınmışdır. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-ci tarixli, 8(042)-74/2023 saylı qərardadından X9 şikayət verərək həmin qərardadın ləğv olunmasını və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinin izah edilməsini xahiş etmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-ci tarixli, 8(042)-74/2023 saylı qərardadı ilə, X2 Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə baxılması haqqında Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-ci tarixli, 8(042)-74/2023 saylı qərardadından X2 şikayəti əsassız hesab edilsin, şikayət baxılması üçün 7 gün müddətində işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 8(104)- 84/2023 saylı qərardadı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)- 74/2023 saylı qərardadı tam, onunla bağlı Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(042)-74/2023 saylı qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməsi və borclu X2 qətnamənin izah edilməsinə dair verdiyi ərizəyə yenidən baxılması üçün işin Gədəbəy rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ərizə vermiş şəxs X9 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında X7, X3, X1, X5, X8 ümumi paylı mülkiyyətində olan, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində istifadədə olan 0.03312 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 271.0 kv.m olan əmlak kompleksi kimi müəssisədən iddiaçılar X1, X7 və X3 hər birinin 1/6, ümumilikdə 3/6 hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli, 6015 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə şərti adlandırılmış "A1" və "A2" hissələrində giriş-çıxış müəyyən edilməklə naturada bölünərək ayrılması qət edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 6015 saylı rəyinə əlavə olunmuş sxemdən aydın görünür ki, ekspert rəyi ilə təkcə mübahisə predmeti olan əmlak kompleksi deyil, həm də onun ətrafında olan, mübahisə predmetinə aidiyyəti olmayan və dövlət mülkiyyətində olan təqribən 0.15 ha torpaq sahəsi də bölünmüşdür. Həmin məhkəmə qətnaməsi ekspert rəyinə uyğun icra edildiyi təqdirdə həm cavabdehlərin öz hissələrinə giriş-çıxış imkanları olmayacaq, həm də dövlət mülkiyyətində olan təqribən 0.15 ha torpaq sahəsi qanunsuz olaraq bölünəcəkdir. Odur ki, həmin hissədə məhkəmə qətnaməsinə izah verilməsini xahiş etdi. Ərizə vermiş şəxs X9 məhkəmə iclasında ərizədə göstərilənlərə oxşar izahat verdilər və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi Gədəbəy rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 230.4-cü maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə vermiş şəxsi dinləyib, iş materiallarını və ərizəni nəzərdən keçirərək hesab edir ki, Ərizə vermiş şəxs X2 ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişərsə və yeni qətnmə çıxarılarsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Məhkəmə qətnməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Məhkəmə müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında X7, X3, X1, X5, X8 ümumi paylı mülkiyyətində olan, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində istifadədə olan 0.03312 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 271.0 kv.m olan əmlak kompleksi kimi müəssisədən iddiaçılar X1, X7 və X3 hər birinin 1/6, ümumilikdə 3/6 hissə payı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli, 6015 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə şərti adlandırılmış "A1" və "A2" hissələrində giriş-çıxış müəyyən edilməklə naturada bölünərək ayrılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. X9 məhkəməyə ərizə verərək, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində 0.03312 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 271 kv.m olan əmlak kompleksinin, yoxsa həmin əmlak kompleksi ilə yanaşı ekspert rəyində müəyyən edilən şərti xətt üzrə həm də həmin əmlak kompleksi ətrafında - hasar daxilində olan dövlət mülkiyyatinə aid 0,15 ha topaq sahəsinin naturada bölünməli olması məsələsinə izah verilməsini xahiş etmişdir. Bu hal qətnamənin icrasına çətinlik və anlaşılmazlıq yaratdığından məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinə izah verilməlidir. Məhkəmə qeyd edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinin nəticə hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında X7, X3, X1, X5, X8 ümumi paylı mülkiyyətində olan Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində istifadədə olan 0.03312 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 271.0 kv.m olan əmlak kompleksi kimi müəssisənin "A1" və "A2" hissələrində giriş-çıxış müəyyən edilməklə naturada bölünərək ayrılması dedikdə qeyd edilən əmlak kompleksi kimi müəssisədən iddiaçılar X1, X7 və X3 hər birinin 1/6, ümumilikdə 3/6 hissə payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli, 6015 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılması kimi izah verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-2/2020 saylı qətnaməsinə aşağıdakı kimi izah verilsin: Qətnamənin nəticə hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış əsasında X7, X3, X1, X5, X8 ümumi paylı mülkiyyətində olan Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində istifadədə olan 0.03312 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 271.0 kv.m olan əmlak kompleksi kimi müəssisənin "A1" və "A2" hissələrində giriş-çıxış müəyyən edilməklə naturada bölünərək ayrılmasına torpaq sahəsindən deyil, qeyd edilən əmlak kompleksi kimi müəssisədən iddiaçılar X1, X7 və X3 hər birinin 1/6, ümumilikdə 3/6 hissə payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust 2019-cu il tarixli, 6015 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə şərti adlandırılmış "A1" və "A2" hissələrində giriş-çıxış müəyyən edilməklə naturada bölünərək ayrılması kimi izah verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar