Məhkəmə qərarları › İş №8(042)-75/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-75/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-75/2025 28.04.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, X2nın iştirakı ilə X3 alimentin indeksasiya edilməsi haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2020-ci il doğum tarixli X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-890/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 193 manat alimentin miqdarının ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğinin 0.616 misli məbləğində indeksasiya edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Borclu ilə 2019-cu ildə ailə qurmuşlar.Birgə ailə müanasibətlərindən 17 iyun 2020-ci il tarixdə X8 doğulmuşdur.Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qətnaməsi ilə X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat alimentin Borclu alınaraq, ona verilməsi qət edilmişdir.Hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin 0.616 misli məbləğində indeksasiya olunması zərurəti yaranmışdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 232.2-ci maddəsinə əsasən ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-890/2022 saylı Qətnaməsindən görünür ki, 17 iyun 2020-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxılanılması üçün 193 manat alimentin Borclu alınaraq, X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2022-ci il yanvarın 1-dən etibarən minimumum aylıq əmək haqqının məbləği 300 manat, 1 yanvar 2025-ci il tarixdən isə 400 manat miqdarında müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(042)-890/2022 saylı qətnaməsi ilə 17 iyun 2020-ci il doğum tarixli X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay sabit pul məbləğində 193 manat,yəni, həmin il üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.64 misli miqdarında alimentin alınaraq, X4 verilməsi qət edilmişdir. Hazırda minimum əməkhaqqının məbləği 400 manatdır. Ona görə də ərizə təmin edilməli, 17 iyun 2020-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artırılmalar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minumum əməkhaqının 0.616 misli qədər aliment Borclu alınaraq, X4 verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. 17 iyun 2020-ci il tarixdə doğulmuş X1 üçün Borclu sonrakı artırılmalar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğinin 0.616 misli həddində aliment alınaraq, X4 verilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar