Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-76/2025 01.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımov Fuad Kamil oğlunun katibliyi, ərizəçi X6 və tələbkar Maraqlı şəxs iştirakı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(042)-16/2025 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş avtomobilin üzərindən həbsin götürülməsi barədə X3 ərizəsinə və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(042)-16/2025 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş ona məxsus olan “VAZ 21213” minik markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülkiyyətində olan “VAZ-21213 minik” markal **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həbs onun borclu olduğu Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədilə qoyulmuşdur. xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan 5600 manat pul tutularaq, tələbkar Maraqlı şəxs verilməli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan 700 manat tutularaq, tələbkar X1 verilməlidir. Hazırda tələbkar X1 700 manat tamamilə ödənilmiş, həmin iş üzrə icra sənədinin icrasına xitam verilmişdir. Eləcə də xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb onun əmək haqqına yönəldilmiş, hər ay tələbkara olan borcunun bir hissəsi əməkhaqqından tutulur. Ona görə də mülkiyyətində olan “VAZ-21213 minik” markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin qalması zərurəti aradan qalxmışdır. O, işləmək və ailəsini dolandırmaq üçün həmin nəqliyyat vasitəsində istifadə etmək məcburiyyətindədir. Ona görə də ərizəsinin təmin edilməsini xaiş edir. Məhkəmə iclasında tələbkar Maraqlı şəxs ərizəyə etiraz etmiş, təmin edilməməsini xaiş etmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(042)-16/2025 saylı qərardadından görünür ki, X4 məxsus olan “VAZ 21213” minik markalı, **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(042)-16/2025 saylı qərardadı ilə borclu X4 məxsus olan “VAZ 21213” minik markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin saxlanılması üçün əsaslar aradan qalxmışdır. Ərizəçi bir icra səndi üzrə borcu ödəmiş, digər icra sənədi üzrə tələb əmkhaqqına yönəldilmişdir. Ona görə də ərizə təmin edilməli, X4 məxsus “VAZ 21213” minik markalı **-GO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Təqdimat təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli 8(042)-16/2025 saylı qərardadı ləğv edilsin, X4 məxsus olan “VAZ 21213” minik markalı **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-76/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-76/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver