Məhkəmə qərarları › İş №8(042)-77/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-77/2023

22.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-77/2023 22.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-138/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən əmlakın üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov məhkəməyə təqdimat verərək, icra sənədi üzrə Borclu məxsus olan 0.95 ha pay torpağın və 0.72 ha biçənək torpağın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)- 138/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1535 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan 0.95 ha pay torpağı və 0.72 ha biçənək torpağı müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə təqdimat müəllifinə, borcluya və tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-138/2023 saylı icra sənədinə əsasən, Borclu 1500 manat borc və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi, 1535 manat alınaraq, X2 verilməlidir. Təqdimata əlavə edilmiş Gədəbəy RİHB-nın Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 26 aprel 2023-cü il tarixli məktubun surətindən görünür ki, Moruxlu kənd sakini Borclu istifadəsində bir baş iribuynuzlu və iki baş xırdabuynuzlu heyvan, 0.21 ha həyətyanı, 0.95 ha pay və 0.72 ha biçənək torpaq sahəsi vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-138/2023 saylı icra sənədinə əsasən, Borclu 1500 manat borc və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi, 1535 manat alınaraq, X2 verilməlidir. Gədəbəy RİHB-nın Moruxlu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 26 aprel 2023-cü il tarixli məktuba əsasən, Borclu istifadəsində bir baş iribuynuzlu və iki baş xırdabuynuzlu heyvan, 0.21 ha həyətyanı, 0.95 ha pay və 0.72 ha biçənək torpaq sahəsinin olması müəyyən edilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov məhkəməyə təqdimat verərək, Borclu məxsus olan 0.95 ha pay torpağın və 0.72 ha biçənək torpağın üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, nümayəndəlik tərəfindən verilmiş məktuba əsasən Borclu istifadəsində qeyd edilən torpaq sahələrinin olması qeyd edilsə də, icra məmuru tərəfindən həmin torpaq sahələrinin borclunun mülkiyyətində olmasın təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, icra məmuru tərəfindən elektron sistem vasitəsi ilə borclu barəsində verilmiş sorğunun nəticəsinə dair vərəqdə onun mülkiyyətindən hər hansı daşınmaz əmlakın olmasını müəyyən etmək mümkün olmamışdır. Odur ki, qeyd edilən nümayəndəlik tərəfindən verilmiş məktub əsasında həmin torpaq sahələrinin borcluya məxsus olunması qənaətinə gəlinmək və həmin əmlakların üzərinə həbs qoyulması mümkün deyildir. Ona görə də, borclunun əmlakının üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı əsassız olduğundan təmin edilməməlidir. Eləcə də, icra məmuru tərəfindən elektron sistem vasitəsi ilə borclu barəsində verilmiş sorğunun nəticəsinə dair vərəqdən onun “X5” MMC-də işlədiyi və 345 manat məbləğində əmək haqqının olması müəyyən edilir. Odur ki, borcun borclunun müvafiq qaydada əmək haqqına yönəldilməsi ilə icra sənədinin icrasının təmin edilməsi mümkündür. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-138/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimatı əsassız olduğundan təmin edilməməlidir Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-138/2023 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ruslan Rüstəmov tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimat əsassız olduğundan təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar