Məhkəmə qərarları › İş №8(042)-78/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-78/2022

16.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-78/2022 16.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, X1nun və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, X1nun icrada dönüş edilməsi haqqında ərizəsinə məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(102)752/2020 saylı qərarı əsasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmuş 2(042)371/2020 saylı icra işi üzrə icrada dönüş edilməsi və ləğv edilmiş məhkəmə qətnaməsinin icrası nəticəsində baş vermiş dəyişikliyin əvvəlki vəziyyətə qaytarılması haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat vermiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(042)-371/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 məxsus Gədəbəy Rayonu, Parakənd kəndində yerləşən əkin sahəsin; gedən avtomobil yolunu mən tərəfindən tutulmuş hissəsini açılması, iş üzrə mütəxəssi rəyinin verilməsinə görə çəkilən xərc olaraq 190.38 manat ondan tutularaq "xxxx" MMC-ni hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(042)-371/2020-00 nömrəli qətnaməsi icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsin yönəldilmiş və icra məmurunun 10.11.2021 -ci il tarixli e217229/2021- 42-3-006 nömrə qərarı ilə icraata xitam verilmişdir və icra sənədi məhkəməyə qaytarılmışdır. O, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci tarixli, 2(042)- 371/2020 nömrəli qətnaməsindən Apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixi 2(104)-1726/21 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020- il tarixli, 2(042)-371/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2022-ci il tari) 2(102)-752/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(104)-1726/21 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci il tari) 2(102)-752/2022 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(104)-1726/21 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq, belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasəən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2(042)- 371/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 məxsus Gədəbəy Rayonu, Parakənd kəndində yerləşən əkin sahəsinə gedən avtomobil yolunu mən tərəfindən tutulmuş hissəsini açılması, iş üzrə mütəxəssi rəyinin verilməsinə görə çəkilən xərc olaraq 190.38 manat ondan tutularaq "xxxx" MMC-ni hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(042)-371/2020-00 nömrəli qətnaməsi icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsin yönəldilmiş və icra məmurunun 10.11.2021 -ci il tarixli e217229/2021-42-3-006 nömrə qərarı ilə icraata xitam verilmişdir və icra sənədi məhkəməyə qaytarılmışdır. Cavabdeh Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020-ci tarixli, 2(042)-371/2020 nömrəli qətnaməsindən Apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2021-ci il tarixi 2(104)-1726/21 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 25 noyabr 2020- il tarixli, 2(042)-371/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2022-ci il tari) 2(102)-752/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(104)-1726/21 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilmişdir. Ona görə də ərizə təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(102)752/2020 saylı qərarı əsasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmuş 2(042)371/2020 saylı icra işi üzrə icrada dönüş edilməli və ləğv edilmiş məhkəmə qətnaməsinin icrası nəticəsində baş vermiş dəyişiklik əvvəlki vəziyyətə qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(102)752/2020 saylı qərarı əsasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmuş 2(042)371/2020 saylı icra işi üzrə icrada dönüş edilsin və ləğv edilmiş məhkəmə qətnaməsinin icrası nəticəsində baş vermiş dəyişiklik aradan qaldırılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar