Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-78/2023 23.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, X1 və Maraqlı şəxs icra məmuru Səbuhi Hüsyenovun iştirakları ilə, Maraqlı şəxs borclunun əmlakının axtarılması barədə xx.xx.2023-cü il tarixli qərarından iş üzrə X2 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsinə əsasən, cavabdeh X4 vurulmuş maddi ziyana görə 5300 manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi və ödənilmiş 73 manat dövlət rüsumunun əvəzinin cavabdeh X4 alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X1 mülkiyyətində olan “KAMAZ 5320 YÜK” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilməsi və Gədəbəy RPŞ-nin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. Maraqlı şəxs borclunun əmlakının axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərarından iş üzrə X2 şikayət verərək, Maraqlı şəxs icra məmuru Səbuhi Hüseynovun xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı icra sənədi üzrə borclunun əmlakının axtarılması haqqında qəbul edilmiş xx.xx.2023-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/22 saylı qətnaməsinə əsasən ondan 5373 manat pulun tutlaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasya şöbəsinin icra məmuru Səbuhi Hüseynovun icraatına verilmişdir. İcra məmuru onun mülküyyətində olan “KAMAZ-5329 YÜK” minik markalı **- KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində AR DİN BDYPİ-nə axtarış qərarı göndərmişdir ki, nəticədə onun maşının Gədəbəy rayon Poliş Şöbəsinin DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq maşının sənədləri əlindən alınaraq maşın cərimə meydançasında saxlanılmışdır. Onun yeganə qazanc mənbəyi həmin maşındır və ailəsini həmin maşından əldə etdiyi qazanc hesabına saxlayır. O, bu barədə Gədəbəy rayon İcra çöbəsinə könüllü olaraq gəlmiş və bu barədə o izahat vermişdir. Bununla yanaşı o tələbkara çatacaq olan 5373 manat pulun 2373 manatını nəqdi şəkildə ödəmişdir. Eyni zamanda izahatında bildirmişdir ki, qalan 3000 min manat pulu 2023-cü ilin sonuna verəcəyədir. Lakin icra məmuru onun maşınına axtarış qərarı vermişdir ki, buda onun yeganə dolanışığını kəsmişdir. Ona görə də icra məmurunun onun mülküyyətində olan “KAMAZ-5329 YÜK” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində vermiş olduğu axtarış qərarından narazıdır və qərarın ləğv edilməsini istəyir. Borclu məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə uyğun olaraq izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs icra məmuru Səbuhi Hüsyenov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-814/2022 saylı qətnaməsinə əsasən, cavabdeh X4 vurulmuş maddi ziyana görə 5300 manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi və ödənilmiş 73 manat dövlət rüsumunun əvəzinin cavabdeh X4 alınıb iddiaçı X3 verilməlidir. Borcun ödənilməsinin təmin edilməsi üçün borclunun əmlakı axtarışa verilmiş və avtomobili saxlanılaraq dayanacağa yerləşdirilmişdir. Borclu avtomobilinin dayancaqdan çıxarılaraq işləmək istədiyini bildirmiş, o isə borcluya əvvəlcə tələbkarla razılaşmalı olduğunu bildirmişdir. Odur ki, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 814/2022 saylı qətnaməsinə əsasən, cavabdeh X4 vurulmuş maddi ziyana görə 5300 manat məbləğində pulun alınıb iddiaçı X3 verilməsi və ödənilmiş 73 manat dövlət rüsumunun əvəzinin cavabdeh X4 alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadına əsasən, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 814/2022 saylı icra sənədinin icrası ilə əlaqədar X2na məxsus olan “KAMAZ 5320 YÜK” minik markalı, **-KU-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İşdə olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X1 mülkiyyətində olan “KAMAZ 5320 YÜK” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin barəsində axtarış elan edilməsi və Gədəbəy RPŞ-nin cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının qanunun 27.2-ci maddəsinə əsasən, borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X1 mülkiyyətində olan “KAMAZ 5320 YÜK” minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və cərimə meydançasına yerləşdirilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(042)-238/2022 saylı qərardadına əsasən isə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra məmurunun borclunun əmlakının axtarılması barədə qeyd edilən qərar icra edilmiş və onun ləğv edilməsi üçün heç bir əsas müəyyən edilmir. Eləcə də, borclunun avtomobilinin cərimə meydançasından çıxarılması məqsədinə nail olunması üçün həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Odur ki, borclunun əmlakının axtarılması barədə icra məmurunun qərarından borclunun şikayəti əsassız olduğundan təmin edilməmlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Maraqlı şəxs borclunun əmlakının axtarılması barədə xx.xx.2023-cü il tarixli qərarından iş üzrə X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-78/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-78/2023
23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver