Məhkəmə qərarları › İş №8(042)-80/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-80/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-80/2023 30.05.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından iş üzrə X2 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(104)-247/2018 saylı qətnaməsinə əsasən, cavabdeh Borclu1 X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin zəbt etdiyi 0.048 ha hissəsindən Borclu2 isə zəbt etdiyi 0.21 ha hissəsindən çıxarılması, Gədəbəy rayon Məhkəməsinin 27 mart 2017-ci il tarixli qətnaməsinin iddiaçı X4 məxsus olan DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarış əsasında sahibkarlıq məqsədi mülkiyyətinə verilmiş Gədəbəy şəhəri ərazisində yerləşən 1 ha torpaq sahəsində cavabdeh Borclu1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikilisinin öz hesabına sökülməsi və götürülməsi, cavabdeh Borclu2 həmin torpaq sahəsinə tökdüyü daşların öz hesabına götürülməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 19 yanvar 2018-ci il tarixli, 2(104)- 247/2018saylı icra sənədinin icraatına xitam verilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin icraatına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından iş üzrə X2 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 247/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu1 iddiaçı X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin zəbt etdiyi 0.048 ha sahəsindən, Borclu2 isə zəbt etdiyi 0.21 ha sahəsindən çıxarılmaları və iddiaçı X4 məxsus olan DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə ******* N-li çıxarış əsasında sahibkarlıq məqsədi ilə mülkiyyətinə verilmiş Gədəbəy şəhəri ərazisində yerləşən 1 ha torpaq sahəsində cavabdeh Borclu1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikilisinin öz hesabına sökülməsi və götürülməsi, cavabdeh Borclu2 həmin torpaq sahəsinə tökdüyü daşların öz hesabına götürülməsi qət edilmişdir. İcra sənədi xx.xx.2018-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və lazimi icra tədbirləri görülmüşdür. İcra sənədinin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə gedilmiş və həmin ərazidə akt tərtib olunaraq xx.xx.2022-ci il tarixdə icra sənədinin icraatına xitam verilmişdir. İcra vərəqəsi icra olunduqdan dərhal sonra cavabdehlər Borclu1 və Borclu2 onun xəstə olmasından, yəni ayağının dizdən aşağısının amputasiya olunduğundan istifadə edərək yenidən ona məxsus torpaq sahəsini zəbt edərək sahibliyinə maneçilik yaradırlar. Gədəbəy rayon İcra və Probasiya şöbəsinə, borclulara və tələbkarlara məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin, borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(104)-247/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu1 X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin zəbt etdiyi 0.048 ha hissəsindən Borclu2 isə zəbt etdiyi 0.21 ha hissəsindən çıxarılmalı və iddiaçı X4 məxsus olan DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarış əsasında sahibkarlıq məqsədi mülkiyyətinə verilmiş Gədəbəy şəhəri ərazisində yerləşən 1 ha torpaq sahəsində cavabdeh Borclu1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikilisini öz hesabına sökülməli və götürülməli cavabdeh Borclu2 həmin torpaq sahəsinə tökdüyü daşları öz hesabına götürülməlidir. İşdə olan Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, icra sənədi icra edildiyindən Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(104)-247/2018 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, tələbkar Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından şikayət verməkdə haqlıdır. Belə ki, “İcra haqqında” qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmədə müəyyən oldu ki, Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(104)-247/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu1 X3 mülkiyyətinə verilmiş torpaq sahəsinin zəbt etdiyi 0.048 ha hissəsindən, Borclu2 isə zəbt etdiyi 0.21 ha hissəsindən çıxarılmalı və iddiaçı X4 məxsus olan DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixli ******* nömrəli çıxarış əsasında sahibkarlıq məqsədi ilə mülkiyyətinə verilmiş Gədəbəy şəhəri ərazisində yerləşən 1 ha torpaq sahəsində cavabdeh Borclu1 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikilisi öz hesabına sökülməli və götürülməli, cavabdeh Borclu2 həmin torpaq sahəsinə tökdüyü daşları öz hesabına götürülməlidir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi icra edildiyindən Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(104)-247/2018 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Lakin, X2 xitam qərarından şikayət verərək, icra sənədinin icra məmuru tərəfindən icra edilərək, icra sənədinə xitam verilməsinə baxmayaraq, tələbkar F.Rüstəmov borclular tərəfindən ona məxsus torpaq sahəsinin yenidən zəbt edildiyini və istifadəsinə maneələr yaradıldığını bildirmişdir. Belə olan halda, borclular tərəfindən yenidən torpaq sahəsinin tutulması və tələbkarın istifadəsinə yenidən maneələrin yaradılması qətnamənin icrasını əhəmiyyətsiz edir və təkrarən eyni mübahisələrin yaranmasına səbəb olur. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti əsaslıdır, təmin edilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, "... “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(104)-247/2018 saylı icra sənədi yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar