Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-81/2024 02.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X12 oğlunun katibliyi ilə, X1 icraya dönüş edilməsi və çıxarışın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə ərizə verərək, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(042)-1643/16 saylı qətnaməsi üzrə icraya dönüş edilməsi və məhkəmə qətnaməsi ilə ləğv edilmiş Gədəbəy rayon Notarat kontoru tərəfindən xx.xx.2015-ci il tarixli reyestrdə 4Ə- 168 nömrəli qeydə alınmış bağışlama müqavilsi əsasında DƏDRX-nin 11 saylı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs1 adına aparılmış xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyster nömrəli çıxarışın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. X3 ərizəsini onunla əsaslandırmışdır ki, onun mərhum atası X13 və mərhum anası X11 xx.xx.2015-ci il tarixdə öz nəvələri Maraqlı şəxs1 notariat kontoru tərəfindən özlərinə aid olan evlərini və həyətyanı torpaq sahələrini bağışlama yolu ilə bağışlamışlar. Sonradan aralarında yaranmış narazılığa görə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(042)-1643/16 saylı qətnaməsinə əsasən Gədəbəy rayon Notarat kontoru tərəfindən xx.xx.2015-ci il tarixli reyestrdə 4Ə-168 nömrəli qeydə alınmış bağışlama müqaviləsi ləğv edilmişdir. Onun valideyinlərinin hər ikisi, atası xx.xx.2021-ci il tarixdə, anası isə xx.xx.2023-cü il tarixdə vəfat etmişlər. Valideyinlərinin vəfat etməmişdən öncə özlərinə aid olan bütün daşınar və daşınmaz əmlaklarını ona vəsiyyət etmişlər. Valideyinlərinin vəfatından sonra o vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə sənədlərini toplayıb Gədəbəy rayon Notarat orqanına müraciət etmişdir. Həmin zaman məlum olmuşdur ki, Maraqlı şəxs1 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyster nömrəli çıxarışlar verilmişdir. Məhkəmə qətnaməsi əsasında bağışlama müqaviləsi ləğv olunmuş olsada, Maraqlı şəxs1 adına verilmiş çıxarışlar ləğv olunmamışdır. Bu şəbədən də ona ünvanlanmış xx.xx.2024-cü il tarixli DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən verilmiş imtina məktubunda qeyd edilmişdir ki, neçə ki, Maraqlı şəxs1 adına verilmiş çıxarışlar məhkəmə qaydasında ləğv olunmamışdır ki, onlara həmin mülkə dair çıxarışın verilməsi mümkün deyildir. Belə olan halda Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə dönüş edilməli, DƏDRX-nin 11 saylı ərazi idarəsi tərəfindən Maraqlı şəxs1 adına aparılmış xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyster nömrəli çıxarışın ləğv edilməlidir. X2, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən işə X1, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X1 ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)- 1643/2016 saylı qətnaməsinin surətindən görnürü ki, X9 və X7 Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 103 kv.m, yaşayış sahəsi 51.2 kv.m, yardımçı sahəsi 51.8 kv.m, olan 2 otaqlı, liter B tövlə 27.3 kv.m, liter İ ayaq yolu 1.4 kv.m, liter İİ hasar 4.9 kv.m, liter İİİ darvaza 1.6 kv.m fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.31 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak Maraqlı şəxs1 bağışlamasına dair Gədəbəy rayon notariat kontorunda 03 sentyabr 2015-ci il tarixdə Reyestrdə 4Ə-168 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi ləğv edilməsi qət edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 02 avqust 2022-ci il tarixli, reyestrdə 2V-956 nömrə ilə qeyd edilmiş vəziyyətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan xx.xx.1948-ci il tarixdə anadan olmuş X11 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlakını ünvan 1 ünvanında yaşayan xx.xx.1970-cı il təvəllüdlü X6 vəsiyət etmiş, digər vərəsələrini vərəsəlik hüququndan azad etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X11 xx.xx.2023cü il tarixdə, X13 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən X6 ünvanlanmış 15 may 2024-cü il tarixli məktubdan görünür ki, Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi və onun torpaq sahəsinə dair Maraqlı şəxs1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bundan başqa, təqdim edilmiş məhkəmə qətnaməsi müracitədə qeyd edildiyi kimi Gədəbəy rayon notariat kontorunun verdiyi xx.xx.2015-ci il tarixli, 4Ə-168 nömrəli bağışlanma "müqaviləsinin ləğvi ilə bağlı olmaqla, sözügedən **********38-10301 reyestr nömrəli Çıxarış”ın ləğv edilməsinə aid deyildir. Azərbaycan Respublikası MPM-nin 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin məcəllənin 236-1.2-ci maddəsinə əsasən, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Həmin məcəllənin 236-1.3-cü maddəsinə əsasən, məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur. Həmin məcəllənin 236-1.4-cü maddəsinə əsasən, icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmədə müəyyən oldu ki, X13 və X4 rayonu, Söyüdlü kəndində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 103 kv.m, yaşayış sahəsi 51.2 kv.m, yardımçı sahəsi 51.8 kv.m, olan 2 otaqlı, liter B tövlə 27.3 kv.m, liter İ ayaq yolu 1.4 kv.m, liter İİ hasar 4.9 kv.m, liter İİİ darvaza 1.6 kv.m fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.31 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak Maraqlı şəxs1 bağışlamasına dair Gədəbəy rayon notariat kontorunda 03 sentyabr 2015-ci il tarixdə Reyestrdə 4Ə-168 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi bağlanmışdır. Həmin bağışlanma müqaviləsi əsasında qeyd edilən əmlaklar barəsində Maraqlı şəxs1 adına daşınmaz əmlakın dövlət reyestirindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(042)-1643/2016 saylı qətnaməsinin surətindən görünür ki, X9 və X7 Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 103 kv.m, yaşayış sahəsi 51.2 kv.m, yardımçı sahəsi 51.8 kv.m, olan 2 otaqlı, liter B tövlə 27.3 kv.m, liter İ ayaq yolu 1.4 kv.m, liter İİ hasar 4.9 kv.m, liter İİİ darvaza 1.6 kv.m fərdi yaşayış evi və həmin evin mülkiyyətində olan 0.31 ha həyətyanı torpaq sahəsindən ibarət əmlak Maraqlı şəxs1 bağışlamasına dair Gədəbəy rayon notariat kontorunda 03 sentyabr 2015-ci il tarixdə Reyestrdə 4Ə-168 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsinın ləğv edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin bağışlanmaq müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestirindən verilmiş çıxarış hazırda qüvvədədir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestirindən verilmiş çıxarışın verilməsinə əsas olmuş bağışlanmaq müqaviləsi ləğv edildiyindən daşınmaz əmlakın dövlət reyestirindən verilmiş çıxarış da ləğv edilməlidir. Həmçinin Gədəbəy rayonu, Söyüdlü kəndində yaşayan xx.xx.1948-ci il tarixdə anadan olmuş X11 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq bütün əmlakını ünvan 1 ünvanında yaşayan xx.xx.1970-cı il təvəllüdlü X6 vəsiyət etmişdir ki, hazırda həmin çıxarışın qüvvədə olması ərizəçinin hüquq və maraqlarına toxunur və qanunla müəyyən olunmuş hüquqlarının həyata keçirməsinə maneələr yarada bilər. Odur ki, məhkəmə Gədəbəy rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(042)-1643/2016 saylı qətnaməsi üzrə icraya dönüş edilməsi və Gədəbəy rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(042)-1643/2016 saylı qətnaməsi ilə ləğv edilmiş Gədəbəy rayon Notarat kontoru tərəfindən xx.xx.2015-ci il tarixli, reyestrdə 4Ə-168 nömrə ilə qeydə alınmış bağışlama müqavilsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyster nömrəli çıxarışın ləğv edilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 ərizəsi təmin edilsin. Gədəbəy rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(042)-1643/2016 saylı qətnaməsi üzrə icraya dönüş edilsin. Gədəbəy rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(042)-1643/2016 saylı qətnaməsi ilə ləğv edilmiş Gədəbəy rayon Notarat kontoru tərəfindən xx.xx.2015-ci il tarixli, reyestrdə 4Ə-168 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs1 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat və **********38-10301 reyster nömrəli çıxarışın ləğv edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-81/2024
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-81/2024
02.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver