Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-83/2025 12.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, ərizəçi X6, onun nümayəndəsi və vəkili X9 iştirakları ilə X2 Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(042)- 466/2023 saylı qətnaməsinə izah verilməsinə dair ərizəsinə və iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsində nəzərdə tutulmadığı halda, qızı X7 mübahisəli fərdi yaşayış evindən çıxarılması, X10 məxsus əşyaların mübahisəli fərdi yaşayış evindən çıxarılması, qətnamədə nəzərdə tutulmadığı halda, ona məxsus əşyaların mübahisəli fərdi yaşayış evindən çıxarılması məsələlərinə izah verilməsini xahiş etmişdir. X2 nümayəndəsi X14 məhkəmə iclasında ərizəni müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh X4 qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair iddia tələbi təmin olunmşdur. İddiaçı iddia ərizəsi ilə müraciət edən vaxt onunla birlikdə mübahisəli fərdi yaşayış evində iki azyaşlı uşağı və yetkinlik yaşına çatmış övladı X12 yaşamışlar. Lakin iddiaçı Aişəni cavabdeh qismində cəlb etməmiş, qətnamə ilə Aişənin və onlara məxsus əşyaların evdən çıxarılması qət edilməmişdir. Buna baxmayaraq, icra məmuru həm Aişəni, həm də onlara məxsus əşyaları evdən çıxarmışdır. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X8 oğlu izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(042)- 466/2023 saylı qətnaməsi 25 aprel 2025-ci il tarixdə icra olunmuşdur. İşdə olan Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasovun icraya xitam verilməsi haqqında 25 aprel 2025-ci il tarixli qərarının surətindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-466/2023 saylı 17 iyul 2023-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, Gədəbəy Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 2(042)-466/2023 saylı qətnaməsi artıq icra olunmuşdur və onun izah edilməsinə yol verilmir. Ona görə də ərizə təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən o halı da nəzərə alır ki, Aişə Məmmədova tam fəaliyyət qabiliyyətli şəxs kimi hüquqlarının müdafiəsi üçün məhkəmə müdafiəsi hüququndan özü istifadə edə bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 230, 263-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №8(042)-83/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-83/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver