Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-87/2025 14.05.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Nübar Yusif qızının katibliyi ilə, Ərizəçi Dostuyeva Ləman İlham qızının Gədəbəy Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(042)-56/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş “alimentin indeksasiyası” barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Dostuyeva Ləman İlham qızı “alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-56/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi ilə 15.12.2014-cü il tarixdə anadan olmuş Əmiraslanova Asmin Samir qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Əmiraslanov Samir Rəsul oğlundan mənim xeyrinə tutulan alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla cari ilin uşaqlar üçün hesablanmış yaşayış minimuna nisbətdə indeksasiya edilərək müəyyən edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 2(042)-56/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Dostuyeva Ləman İlham qızı ilə cavabdeh Əmiraslanov Samir Rəsul oğlu arasında 28.01.2014-cü il tarixdə Gədəbəy rayonu, Böyük Qaramurad kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış nikahın pozulması, 15.12.2014-cü il təvəllüdlü Əmiraslanova Asmin Samir qızının yetkinlik yaşına çatana qədər Dostuyeva Ləman İlham qızının yanında qalması və cavabdeh Əmiraslanöv Samir Rəsul oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin Dostuyeva Ləman İlham qızına ödənilməsi qət edilmişdir. Hazırda övladının maddi ehtiyacını ödəməkdə çətinlik çəkir. Uşağın böyüməsi və infilzasiya ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün hər ay 170 manat aliment kifayət etmir. Ərizəçi Dostuyeva Ləman İlham qızı məhkəməyə ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs məhkəməyə gəlməsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin (MPM) 232.2-ci maddəsinə əsasən ərizəyə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(042)- 56/2021 saylı qətnaməsindən görünür ki, 15.12.2014-cü il tarixdə doğulmuş Əmiraslanova Asmin Samir qızının yetkinlik yaşına çatanadək 21 sentyabr 2020-ci il tarixdən başlayaraq, Əmiraslanov Samir Rəsul oğlundan hər ay 170 manat miqdarında miqdarında aliment alınaraq, Dostuyeva Ləman İlham qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; - 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. - 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. - 232.3-cü maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 250 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi ilə Əmiraslanova Asmin Samir qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 2021-ci il tarixdə alimentin məbləği 170 manat məbləğində, yəni həmin il üçün nəzərdə tutulmuş minimum əmək haqqının 0,6 misli (alimentin məbləği 170 : minumum əmək haqqının məbləği 250=0,6) həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə alimentin müəyyən edildiyi vaxta - 2021-cü ilə münasibətdə ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımını nəzərə alaraq hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(042)-56/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Ərizə təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli, 2(042)-56/2021 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində indeksasiya olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №8(042)-87/2025
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-87/2025
14.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver