Məhkəmə qərarları › İş №8(042)-88/2023

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-88/2023

11.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-88/2023 11.09.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Borclu, X1 və Maraqlı şəxs rəisi X3 iştirakları ilə, X1nın Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında ərizə ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət etmişdir. X1 məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, o, Gədəbəy rayonu, Xar-Xar kəndində yaşayır. Tələbkar ilə aralarında olan narazılığa görə ayrılmışlar. Daha sonra tələbkar ona zəng edərək barışmaq istəyini bildirmiş və onlar barışmışlar. Lakin, aralarında olan narazılığa görə təkrar ayrılmışlar. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs rəisi X5 izahat vermişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, X10 cavabdeh Borclu alınaraq, X6 verilməsi qət edilmişdir. Daha sonra X7 xx.xx.2022-ci il tarixdə Maraqlı şəxsnə ərizə verərək icra sənədinin xitam verilməsini xahiş etmişdir. 13 dekabr 2022-ci il tarixdə icra sənədinə xitam verilmişdir. O, xx.xx.2022-ci il tarixli xitam qərarın ləğv olunmasına etiraz etmir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə, X1 Maraqlı şəxsnə ərizə verərək icra sənədinin xitam olunmasını xahiş etmiş və icra sənədinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Daha sonra tərəflər aralarında narazılıqlar baş vermiş və onlar yenidən ayrılmışlar. Ona görə də şikayət təmin edilməli və Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat davam etdirilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar