Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-89/2023 09.06.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılovun, Borclu və X3 iştirakları ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli qərarından iş üzrə X4 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı qətnaməsinə əsasən, 15 aprel 2015-ci il tarixdə doğulmuş X5 Məsim Rüstəm oğlu və X7 alınaraq, X12 verilməsi, 15 aprel 2015-ci il tarixdə doğulmuş X10 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat sabit miqdarda aliment Borclu alınaraq, X12 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədinin icraatına xitam verilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin icraatına xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından iş üzrə X4 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, Gədəbəy rayon Məhkəməsinin 2(042)- 83/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 15 aprel 2015-ci il tarixdə doğulmuş X6 Məsim Rüstəm oğlu və X8 alınaraq, ona verilməli və 15 aprel 2015-ci il tarixdə doğulmuş X17 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat sabit miqdarda aliment Borclu alınaraq, ona verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və lazimi icra tədbirləri görülmüşdür. Cavabdeh ona barışmaqlarını təklif etmiş və onlar barışmışlar daha sonra o xx.xx.2022-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinə gələrək icra sənədinə xitam verilməsinə dair ərizə vermiş və həmin tarixdən icra sənədinin icraatına xitam verilmişdir. Cavabdehlə onun ailə münasibəti yenidən pozulmuş və cavabdeh onu evdən çıxarmışdır. X2 cavabdeh ondan almışdır. Uşağının alınmasını və alimentin yenidən bərpa edilməsini istəyir. Ona görədə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli xitam qərarının ləğv edilməsini və icra sənədi üzrə icraatın davam etdirilməsini istəyir. X4 məhkəmə iclasında ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq borclunun icra sənədi üzrə aliment borcunu tam ödəmədiyini bildirmiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy rayonu, Xarxar kəndində yaşayır. Tələbkar ilə aralarında olan narazılığa görə ayrılmışlar. Daha sonra tələbkar ona zəng edərək barışmaq istədiyini bildirmiş və onlar barışmışdır. Lakin, aralarında olan narazılığa görə təkrar ayrılmışlar. İcra sənədi üzrə bütün aliment borcunu ödəmişdir. Odur ki, şikayətin rədd edilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural İsmayılov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı qətnaməsinə əsasən, 15 aprel 2015-ci il tarixdə doğulmuş X5 Məsim Rüstəm oğlu və X7 alınaraq, X12 verilməsi, 15 aprel 2015-ci il tarixdə doğulmuş X10 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat sabit miqdarda aliment Borclu alınaraq, X12 verilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icraata başlanılmışdır. Bundan sonra tələbkar icra şöbəsinə gələrək borclu ilə barışdığını bildirmiş və bu barədə ərizəni onlara təqdim etmişdir. Ona görə də, icra sənədi üzrə icraata xitam verilmişdir. Borclu X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin, borclunun və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)- 83/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, 15 aprel 2015-ci il tarixdə doğulmuş X5 Məsim Rüstəm oğlu və X7 alınaraq, X12 verilməsi, 15 aprel 2015-ci il tarixdə doğulmuş X10 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat sabit miqdarda aliment Borclu alınaraq, X12 verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, tələbkarın ərizəsi əsasında Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. “İcra haqqında” qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmədə müəyyən oldu ki, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı qətnaməsinə əsasən, 15 aprel 2015-ci il tarixdə doğulmuş X5 Məsim Rüstəm oğlu və X7 alınaraq, X12 verilməsi, 15 aprel 2015-ci il tarixdə doğulmuş X10 və 03 iyun 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 150 manat, cəmi, 300 manat sabit miqdarda aliment Borclu alınaraq, X12 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Lakin, X4 xitam qərarından şikayət verərək, borclu ilə aralarında olan ailə münasibətlərinin yenidən pozulduğunu bildirmiş və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə aliment borcunun borclu tərəfindən tam ödənilməsini təsdiq edən sübutlar icra məmuru və ya borclu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eləcə də, tələbkar borclu ilə barışıb bir ailədə yaşadığına görə həmin ərizəni vermiş, lakin, daha sonra onlar arasında olan ailə münasibətləri pozulmuşdur. İcraata xitam verilməsi haqqında qərar isə icra sənədinin tam icra olunması əsasına görə qəbul edilmiş, lakin icra məmru tərəfindən bu hal tam yoxlanılmamış, eləcə də, tərəflər alimentin tutulması barədə icra sənədinin icra olunmasını mübahisələndirmişlər. Ona görə də, məhkəmə hesab edir ki, X3 şikayəti əsaslıdır, təmin edilməli, icraata xitam verilməsi haqqında icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədi alimentin tutulması hissəsində yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, "... “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(042)-83/2020 saylı icra sənədi alimentin tutulması hissəsində yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №8(042)-89/2023
Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-89/2023
09.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver