Məhkəmə qərarları › İş №8(042)-90/2024

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-90/2024

18.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-90/2024 18.07.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-256/2024 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən borclunun əmlakı üzərinə həbs qoyulması barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Hüseynov təqdimat verərək göstərmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin e-2(042)-256/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 15834.36 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 21063” minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Odur ki, Borclu məxsus olan “VAZ 21063” minik markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxsə, tələbkara və borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə təqdimat müəllifinin, tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-256/2024 saylı icra sənədinə əsasən, Borclu 15697.27 manat borc və 137.09 manat dövlət rüsumunun əvəzi alınaraq, Tələbkar ASC-yə verilməlidir. Təqdimata əlavə edilmiş Borclu haqqında məlumatlara dair şəxsi kartoçkadan görünür ki, Borclu adına “VAZ 21063 minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə iclasında müəyyən olundu ki, icra sənədi üzrə Borclu icra sənədinin icra olunması üçün üzərinə düşən hərəkətləri yerinə yetirmir, borcunu ödəmir. Borcun yönəldilə biləcəyi Borclu adına “VAZ 21063 minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinin ikinci abzasına əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Məhkəmə qeyd edir ki, borclu icra sənədini icra etmədiyindən və icra sənədi üzrə borc yarandığından, eləcə də borclunun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlak olduğundan Gədəbəy rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Gədəbəy rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-256/2024 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus olan “VAZ 21063 minik” markalı, **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Gədəbəy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar