Məhkəmə qərarları › İş №8(042)-91/2025

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-91/2025

11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-91/2025 11.06.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, ərizəçi Mətanət Qəhraman qızı və onun nümayəndəsi X18 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 iştiraklrı ilə X3 Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında dair qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasinda borclu X6 nümayəndəsi və vəikli X21 şikayəti müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 ona qarşı vermiş olduğu kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair iddiası təmin olunmuşdur. Həmin qətnamə ilə xx.xx.2025-ci il tarixində Gədəbəy rayon İcra və Probasiya Şöbəsi mənə lazımı qaydada məlumat vermədən, məhkəmə qətnaməsini icra etmişdir. Məhkəmə qətnaməsi icra olunan vaxt xx.xx.2025-ci ildə qızı X14 məxsus əşyalar icra məmuru tərəfindən mübahisə predmeti olan mülkdən çıxarılmışdır. Məhkəmə qətnaməsindən evdən əşyaların çıxarılması nəzərdə tutulmadığı halda, icra məmuru tərəfindən əşyalar çıxarılmışdır. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərarda göstərilir ki, icra hərəkətləri barədə X9 lazımi qaydada dəfələrlə məlumatlandırılmasına baxmayaraq, icra hərəkətlərində iştirak etməmiş və həmin gün icra hərəkətləri məcburi qaydada aparılaraq, Mətanət Əliyevaya məxsus əşyalar akt əsäsında X4 etibarnamə üzrə nümayəndəsi X15ma təhvil verilərək qanunvericiliyin tələbləri izah edilmişdir. Gədəbəy Rayon İcra və Probasiya X1 etibarnamə üzrə nümayəndəsi X12 xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, icra sənədinin tam icra olunduğundan icra işinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən də Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi qeyd olunan qərarı qəbul etmişdir.O, qeyd olunan qərardan narazıdır və qərarın ləğv olunmasını xahiş edir. İcra məmuru tərəfindən ona lazımı qaydada icra tədbiri barədə məlumat verilməmişdir. İcra məmuru qərəzli şəkildə icra hərəkətlərini icra etmişdir. Eyni zamanda Gədəbəy rayon İcra və Probasiya Şöbəsinə vermiş olduğu etirazla bağlı məsələ müzakirə olunmamış və bu barədə müvafiq qərar qəbul olunmuşdur. Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin qərarı onun və azyaşlı uşaqlarının hüquqlarım kobud şəkildə pozmuşdur. O və keçmiş həyat yoldaşı tərəfindən mübahisəli mülkdə yaşayış və qeyri yaşayış sahəsi inşa olunmuşdur. Məhkəmə qətnaməsi ilə onun mübahisəli əmlakın 145.7 kvm. hissəindən istifadə hüququna xitam verilmişdir. Faktiki olaraq isə mübahisəli əmlakın sahəsi 220 kvmdir. Belə olan halda təbii ki, icra məmuru tərəfindən mütəxəsis cəlb olunmalı və mübahisə predmeti olan 145.7 kvm ərazi müəyyən olunmalıdlır. O, bir neçə dəfə vəsatət vermiş, mütəxəsis tələb etməyinə baxmayaraq, icra məmuru bu haqlı vəsatəti təmin etməmişdir. Halbu ki, icra məmuru məhkəmə qətnaməsini icra edən orqandır və o, məhkəmə qətnaməsində nəzərdə tutulan icra tədbirini həyata keçirməlidir. Ona görə də Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında xitam qərarının ləğv edilərək yenidən icraya yönəldilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasinda borclu X11 eyniməzmunlu izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X13 ərizəyə etiraz etmiş ərizənin təmin edilməməsini xahiş etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1. və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məcəllənin 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məcəllənin 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Beləliklə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə icra sənədinə xitam verilmişdir. Məhkəmənin qənaətinə görə icra məmuru tərəfindən icra hərəkətləri edilərkən ərizəçinin şikayətində göstərilən halların aydınlaşdırılması zərurəti var. Ona görə də şikayət təmin edilməli, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025 -ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilməli, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 363.1, 363.1.3, 363.2, 363.3, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin və icra sənədi üzrə icraat təzələnsin. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar