Məhkəmə qərarları › İş №8(042)-93/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-93/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-93/2022 31.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasovun və X1 iştirakları ilə, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi barədə 20.09.2019-cu il tarixli qərarından iş üzrə X2 tərəfindən verilmiş şikayətə və iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı qətnaməsi ilə iddiaçı X3 rayonu, Arıqdam kəndində yerləşən Gədəbəy RİHB-nın Arıqdam kənd İƏD üzrə nümayəndəliyində X10 adına qeydə alınmış, cavabdeh X10 yaşadığı, ümumi sahəsi 60 kv.m olan köhnə tiklidən ibarət fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla həmin evə köçürülməsi və iddiaçı X5 245A KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsindən istifadə etmək hüququ verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin 20.09.2019-cu il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsi tərəfindən verilmiş 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı icra sənədinin icraatına xitam verilmişdir. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin icraatına xitam verilməsi haqqında 20.09.2019-cu il tarixli qərarından iş üzrə X2 şikayət verərək, qərarın ləğv edilməsini, Gədəbəy rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı qətnaməsinin yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndəriləməsini xahiş etmişdir. X2 məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)- 536/2019 saylı qətnaməsi ilə onun Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyində X10 adına qeydə alınmış, cavabdeh X10 yaşadığı, ümumi sahəsi 60 kv.m olan köhnə tikilidən ibarət fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla həmin evə köçürülməsi və ona 245A KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsindən istifadə etmək hüququ verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsinə aldıqdan sonra icraya yönəlməsinə baxmayaraq, Gədəbəy rayon İcra və Probasiya şöbəsinin qərarı ilə icra sənədinə xitam verilmişdir. Lakin, icra şöbəsi ondan sonuncunu aldadaraq sənəd almış və həmin zaman isə 2021-ci ilin sonunda onun həmin evə köçürülməsi barədə razılıq əldə olunmuşdur. Lakin, onun həmin yaşayış evinə köçürülməsi təmin edilməmişdir. Onun hazırda heç bir yaşayış yeri yoxdur. Həmçinin o icra sənədinə xitam verilməsi barədə qərarı yaxın vaxtda əldə etdiyinə görə indi qərardan şikayət vermişdir. Ona görə də, qətnamənin icra edilməsi üçün yenidən Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilməsini istəyir. Odur ki, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin rəisi Elxan Abbasov məhkəmə iclasında izahat verərək bildirdi ki, Gədəbəy Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı qətnaməsi ilə iddiaçı X3 rayonu, Arıqdam kəndində yerləşən Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəiyində X10 adına qeydə alınmış, cavabdeh X10 yaşadığı, ümumi sahəsi 60 kv.m olan köhnə tikilidən ibarət fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla həmin evə köçürülməsi və iddiaçı X5 245A KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsindən istifadə etmək hüququ verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin keçmiş icra məmuru Altun Gözəlovun 20.09.2019-cu il tarixi qərarı ilə, borclu tərəfindən icra sənədi tam şəkildə icra edildiyinə görə icra sənədinə xitam verilmişdir. Borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)- 536/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 rayonu, Arıqdam kəndində yerləşən Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyində X10 adına qeydə alınmış, cavabdeh X10 yaşadığı, ümumi sahəsi 60 kv.m olan köhnə tikilidən ibarət fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla həmin evə köçürülməsi və iddiaçı X6 245A KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsindən istifadə etmək hüququ verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin 20.09.2019-cu il tarixli qərarından görünür ki, icra sənədi icra edildiyindən Gədəbəy rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Tələbkar icra sənədinin formal olaraq icra edildiyini, faktiki olaraq onun evə köçürülməsinin təmin edilmədiyini, bununla əlaqədar heç bir hərəkət edilmədiyini bildirmiş, icra sənədinin icraatına xitam verilməsindən xəbərinin olmadığını qeyd etmişdir. Odur ki, məhkəmə hesab edir ki, tələbkar Gədəbəy Rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 20.09.2019-cu il tarixli qərarından şikayət verməkdə haqlıdır. “İcra haqqında” qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin qanunun 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmədə müəyyən oldu ki, Gədəbəy Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı qətnaməsi ilə iddiaçı X3 rayonu, Arıqdam kəndində yerləşən Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəiyində X10 adına qeydə alınmış, cavabdeh X10 yaşadığı, ümumi sahəsi 60 kv.m olan köhnə tikilidən ibarət fərdi yaşayış evindən və evin yardımçı sahələrindən istifadə etmək hüququ tanınmaqla həmin evə köçürülməsi və iddiaçı X5 245A KOD ******* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 0.10 ha torpaq sahəsindən istifadə etmək hüququ verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra sənədi real olaraq icra edilmədiyindən, tələbkarın icra sənədində qeyd edilən hüquqları bərpa edilmədiyindən, onun fərdi yaşayış evində yaşaması və bu yaşamanın davamlılığı üçün heç bir tədbir görülmədiyindən Gədəbəy rayon İcra və Probasiya Şöbəsinin 20.09.2019-cu il tarixli qərarı ilə Gədəbəy rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı qətnaməsinin tam olaraq icra edilməməsi tələbkarın hüquqlarının pozulması ilə nəticələnir. Həmçinin eyni tələb üzrə tərəflər arasında yenidən mübahisələrin yaranmasına səbəb ola bilər. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, tələbkarın şikayəti əsaslıdır, təmin edilməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10.10.2017-ci il tarixli qərarında göstərilmişdir ki, "... “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında 20.09.2019-cu il tarixli qərarı ləğv edilsin. Gədəbəy Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(042)-536/2019 saylı icra sənədi yenidən icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar