Məhkəmə qərarları › İş №8(042)-95/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №8(042)-95/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 8(042)-95/2022 31.05.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsininin icra məmuru Səbuhi Hüseynovun iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(042)-602/2021 saylı icra sənədinin icrası ilə əlaqədar, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Səbuhi Hüseynov tərəfindən borcun borclunun pensiyasına yönəldilməsi barədə verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(042)-602/2021 saylı icra sənədi üzrə borcun borclunun pensiyasına yönəldilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsininin icra məmuru Səbuhi Hüseynov izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli, 2(042)-602/2021 saylı icra sənədinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat alınaraq, Tələbkar verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarla icraata başlanılmışdır. Lakin borclu tələbi könüllü icra etməmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması zamanı məlum olmuşdur ki, Borclu ailə başçısını itirməyə görə pensiya alır. Ona görə də Borclu hər ay pensiyasına yönəldilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borcluya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan məktubun surətindən görünür ki, Borclu ailə başçısını itirməyə görə 268 manat pensiya alır. İcra haqqında Azərbaycan Respublikasının qanunun 63.1, 63.1.1 və 63.1.3-cü maddələrinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Beləliklə, təqdimat təmin edilməli, Borclu ödəməli olduğu 120 manat aliment onun aldığı pensiyaya yönəldilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 231-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Gədəbəy Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli, 2(042)-602/2021 saylı icra sənədlərinin icrası ilə əlaqədar tələb Borclu hər ay pensiyasına yönəldilsin. Qərardad icra olunması üçün Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar