Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-232/2022 25.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar ibrahimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3301/2021 saylı 12.10.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3301/21 saylı, 12.10.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3283 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu bu günkü tarixə cəmi 3313 manat borcu qalmaqdadır. Borclu həmin borcu ödəməkdən yaymır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, icra məmuru təqdimatda icra sənədi üzrə Borclu icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığını bildirsə də, bu barədə rəsmi sübutlarını məhkəməyə təqdim etməmişdir. Təqdimata əlavə edilmiş sənədlərlə icra məmurunun tələbin könüllü icrası barədə bildirişin borcluya çatdırılmasının qanuna müvafiq qaydada təmin olunması üçün müvafiq icra hərəkətlərini yerinə yetirməsini müəyyən etmək mümkün deyil. Bundan başqa icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra İdarəsinə çağırılması, ona xəbərdarlıqların göndərilməsi təqdimata əlavə edilmiş sənədlərdən görünmür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun mənasına görə, borclu icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı halda, onun barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tətbiq oluna bilər. Hazırki halda isə, borclunun icra hərəkətlərinin keçirildiyi yerə çağırılması və onun bu çağırışdan üzrsüz səbəbdən yayınması müəyyən olunmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-3301/2021 saylı 12.10.2021-ci il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair icra məmuru tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №8(043)-232/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-232/2022
25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver