Məhkəmə qərarları › İş №8(043)-244/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-244/2022

22.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-244/2022 22.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X6 iştirakı ilə, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(043)-2042/2021 nömrəli icra sənədi üzrə borclu X3 məcburi gətirilməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 tərəfindən verilmiş təqdimata məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 məhkəməyə təqdimat verərək Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(043)-2042/2021 nömrəli icra sənədi üzrə borclu X3 icra idarəsinə məcburi gətirilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(043)-2042/2021 saylı icra sənədinə əsasən borclu X2 1980 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün borclu X4 rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin borclu X5 tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq borclu X3 bu günkü tarixə cəmi 2010 manat borcu qalmaqdadır. Borclu X5 həmin borcu ödəməkdən yaymır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasında tələbkar "xxxx" MMC-nin nümayəndəsi X8 borcun ödənilmədiyini bildirərək təqdimatın təmin olunmasını xahiş etdi. Təqdimata baxılması ilə əlaqədar işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata işdə iştirak edən digər şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasında müəyyən olundu ki, borclu X1 Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(043)-2042/2021 nömrəli icra sənədi üzrə icra hərəkətlərinin həyata keçirildiyi yerə icra məmurunun çağırışı üzrə gəlməkdən yayınaraq, icra sənədini könüllü olaraq icra etməmiş, borcu ödəməkdən yayınmışdır. İcra sənədinin vaxtında borclu tərəfindən könüllü icra edilməməsini və icra məmurunun çağırışı üzrə onun icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yayınmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2(043)-2042/2021 nömrəli icra sənədi üzrə borclu xx.xx.1970-ci ildə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X1 şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Gəncə şəhəri BPİ-nin 2-ci polis şöbəsinə həvalə olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar