Məhkəmə qərarları › İş №8(043)-255/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-255/2022

20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-255/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev X1 şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-645/2011 saylı, 17.05.2011-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək hesab edirəm ki, təqdimat geri qaytarılmadır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra məmurunun (Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi) və borclunun (Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 17, 9 nömrəli mənzil) olduğu yer Gəncə şəhəri Nizami rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən ...Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Göstərilənlərə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru İlkin Zeynalovun təqdimatına baxılması Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğu üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara a l d ı: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru İlkin Zeynalov tərəfindən verilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar