Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-261/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev X1 şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi” barədə təqdimatı və əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1699/2020 saylı, 08.09.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirdərək hesab edirəm ki, təqdimat geri qaytarılmadır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, icra məmuru tərəfindən borclunun Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırılmasını təsdiq edən hər hansı bir sənəd əlavə edilmədən məhkəməyə müraciət olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə görə, qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göstərilənlərə əsasən Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi barədə icra məmuru Anar İbrahimovun təqdimatı müvafiq çatışmazlıqların aradan qaldırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə q ə r a r a a l d ı: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov tərəfindən verilmiş, Borclu məcburi qaydada gətirilməsi barədə təqdimat və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №8(043)-261/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-261/2022
20.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver