Məhkəmə qərarları › İş №8(043)-264/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №8(043)-264/2022

27.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 8(043)-264/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimov təqdimatla məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1288/2020 saylı, 06.04.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1288/2020 saylı, 06.04.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1080 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası üçün Borclu rəsmi qaydada bildiriş verilərək qanunla müəyyən edilmiş vaxt ərzində icranın təmin edilməsi tələb edilmişdir. Lakin Borclu tələbin müəyyən edilmiş vaxt ərzində könüllü icrasını təmin etməmişdir. Tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıq göndərilməsinə baxmayaraq Borclu bu günkü tarixə cəmi 1110 manat borcu qalmaqdadır. Borclu həmin borcu ödəməkdən yayınır, icra məmurunun çağırışı ilə icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi gətirilməlidir. Belə ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1288/2020 saylı, 06.04.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 982 manat əsas borc və 98 manat cərimə olmaqla, cəmi 1080 (min səksən) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkarnə ödənilməlidir. Təqdimata əlavə edilmiş 16.05.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1288/2020 saylı, 06.04.2020-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş “sms” bildirişdən görünür ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırılmışdır. Təqdimata əlavə edilmiş “borclunun məcburi gətirilməsi haqqında” 02.03.2022-ci il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclunun məcburi qaydada Gəncə şəhəri üzrə İcra İdarəsinə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1288/2020 saylı, 06.04.2020-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişə, məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqlara baxmayaraq, Gəncə şəhəri üzrə İcra İdarəsinə gəlməkdən, eləcə də icra sənədi üzrə müəyyən edilmiş borcu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Gəncə şəhəri üzrə İcra idarəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi gətirilsin. Qərardadın icrası Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar